...

20 yanvar faciəsinin ildönümü ilə bağlı paytaxtın bəzi prospekt və küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - Bakı yol polisi

Siyasət Materials 19 Yanvar 2010 15:08 (UTC +04:00)
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəhbəri Cəmşid Hənifəyev Trend News-a bildirib ki, şəhərin Parlament, Mikayıl Müşfiq, İsmayıl bəy Qutqaşınlı, Teymur Elçin, Həsən Seyidbəyli küçələrində və Mətbuat prospektində nəqliyyatın hərəkəti dayandırılacaq.
20 yanvar faciəsinin ildönümü ilə bağlı paytaxtın bəzi prospekt və küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - Bakı yol polisi

Azərbaycan, Bakı, 19 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

20 yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı Şəhidlər Xiyabanına ümumxalq ziyarəti ilə əlaqədar Bakının bəzi prospekt və küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəhbəri Cəmşid Hənifəyev Trend -a bildirib ki, BYPİ gücləndirilmiş iş rejimində işləyəcək.

Şəhərin Mikayıl Müşfiq dairəsindən Parlament küçəsi istiqamətində, İsmayıl bəy Qutqaşınlı, Teymur Elçin, Həsən Seyidbəyli küçələrində və Mətbuat prospektində nəqliyyatın hərəkəti dayandırılacaq.

"Məhdudiyyət səhər saat 06.00-dan axşam saat 21.00-dək davam edəcək", - Hənifəyev bildirib.

Həmin gün metronun "20 yanvar" stansiyasının yaxınlığında "20 yanvar şəhidləri" abidə kompleksinin açılışı olacaq. Həmin ərazidə nəqliyyatın hərəkəti mərasim zamanı dayandırılacaq. Həmin müddətdə avtomobillər körpünün üstündən və alternativ yollardan istifadə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti