...

Rusiya XİN Azərbaycan tərəfinin notasına cavab verməyib – səfir Polad Bülbüloğlu

Siyasət Materials 19 Yanvar 2010 17:38 (UTC +04:00)
Səfirlik hələ də Rusiya strukturlarından rəsmi cavab gözləyir. Bu barədə çərşənbə axşamı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Trend News-a deyib.
Rusiya XİN Azərbaycan tərəfinin notasına cavab verməyib – səfir Polad Bülbüloğlu

Rusiya, Azərbaycan, 19 yanvar / Trend , müxbir İ.Bragina/

Azərbaycanın Rusiyadakı səfirliyi hələ ki, RF Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskinin Dağlıq Qarabağın müstəqilliyinin Rusiya tərəfindən tanınmasının vacibliyi barədə fikrinə görə Rusiya XİN-ə göndərilən notaya cavab almayıb.

"Səfirlik hələ də Rusiya strukturlarından rəsmi cavab gözləyir", - çərşənbə axşamı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Trend -a deyib.

Jirinovski Latviyanın "Neatkarigas Rita Avize" qəzetinə müsahibəsində bildirib ki, "əgər Dağlıq Qarabağ öz müstəqilliyini elan etsə, bu zaman Rusiya onu tanımalıdır".

Notada Rusiya Parlamenti vitse-spikerinin bu cür müraciətlərinə etiraz ifadə olunur və RF Dövlət Duması nümayəndələrinin bu cür ifadələrinin iki ölkə arasındakı münasibətlərin ruhuna uyğun gəlmədiyi göstərilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti