...

Ankara-Yerevan protokolları parlamentdə müzakirə olunmayacaq - Türkiyə Parlamentinin komissiya sədri Murad Mərcan

Siyasət Materials 20 Yanvar 2010 13:44 (UTC +04:00)
Türkiyə Böyük Millət Məclisinin beynəlxalq münasibətlər komissiyasının sədri Murad Mərcan Ankara ilə Yerevan arasında imzalanan protokolların ölkə parlamentində müzakirə olunmayacağını bildirib.
Ankara-Yerevan protokolları parlamentdə müzakirə olunmayacaq - Türkiyə Parlamentinin komissiya sədri Murad Mərcan

Türkiyə, İstanbul, 20 yanvar / Trend , müxbir H.Altınalan/

Türkiyə Böyük Millət Məclisinin (TBMM) beynəlxalq münasibətlər komissiyasının sədri Murad Mərcan Ankara ilə Yerevan arasında imzalanan protokolların ölkə parlamentində müzakirə olunmayacağını bildirib.

"Ermənistan ordusu işğal olunmuş bütün Azərbaycan torpaqlarından çıxarılmayana qədər Ankara-Yerevan protokolları Türkiyə Parlamentində müzakirə olunmayacaq", - Mərcan Trend -a bildirib.

Trend -un arayışı: 2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd DavudoğluEdvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan Moskvaya rəsmi səfərindən sonra Ankarada verdiyi açıqlamada bildirmişdi ki, bəzilərinin Türkiyə-Ermənistan əlaqələrinin Dağlıq Qarabağ problemindən ayrı olmasını söyləməsinə baxmayaraq, bu proses Dağlıq Qarabağ probleminin həlli ilə birbaşa əlaqəlidir.

Mərcan onu da qeyd edib ki, dostluq və qardaşlıq prinsipinə əsaslanan Türkiyə-Azərbaycan əlaqələri Ankara üçün hər şeydən üstündür.

"Türkiyə Böyük Millət Məclisi Azərbaycan xalqı ilə hər zaman həmrəy olan türk xalqını təmsil edir. Elə buna görə də Ermənistan-Azərbaycan problemi tam olaraq həllini tapmadan protokolların parlamentdə ratifikasiya olunması qeyri-mümkündür", - Mərcan qeyd edib.

Xəbər lenti

Xəbər lenti