...

Azərbaycanın Kanadadakı səfiri yəhudi icmasının nümayəndələri ilə görüşüb

Siyasət Materials 21 Yanvar 2010 07:58 (UTC +04:00)
Azərbaycanın Kanadadakı Səfiri Fərid Şəfiyev 2010-cu ilin 18 yanvar tarixində Kanadada tanınmış və nüfuzlu yəhudi təşkilatı B'nai Brith-in Torontoda yerləşən Mərkəzində Kanada yəhudi icmasının liderləri ilə görüş keçirmişdir, səfirliyinin mətbuat katibliyindən Trend News-a xəbər verilib.
Azərbaycanın Kanadadakı səfiri yəhudi icmasının nümayəndələri ilə görüşüb

Azərbaycan, Bakı, 21 yanvar / Trend /

Azərbaycanın Kanadadakı Səfiri Fərid Şəfiyev 2010-cu ilin 18 yanvar tarixində Kanadada tanınmış və nüfuzlu yəhudi təşkilatı B'nai Brith-in Torontoda yerləşən Mərkəzində Kanada yəhudi icmasının liderləri ilə görüş keçirmişdir, səfirliyinin mətbuat katibliyindən Trend -a xəbər verilib.
 
Görüşü giriş sözü ilə B'nai Brith təşkilatının Baş Icraçı direktoru Dr.Frank Dimant açaraq Azərbaycan Səfirini salamlamış və onun Kanada yəhudi icma nümayəndələri ilə görüşə gəlməsindən məmnunluq duyduqlarını söyləmişdir.

Daha sonra söz alan B'nai Brith təşkilatının Ottawa ofisinin nümayəndəsi Michael Mostyn də səfir F.Şəfiyevi salamlamış və səfiri yəhudi nümayəndələrinə təqdim edərək, onun haqqında qısa məlumat vermişdir.  
 
Bundan sonra, yəhudi icmasının liderləri qarşısında səfir F.Şəfiyev Azərbaycan-Israil munasibətləri və Azərbaycanda yəhudi icması haqqında təqdimatla çıxış etmişdir.
 
Çıxışında F.Şəfiyev Israil ilə Azərbaycan arasında olan ikitərəfli munasibətlərin siyasi, iqtisadi və humanitar tərəflərinə toxunmaqla yanaşı, Kanadadakı Azərbaycan və yəhudi icmaları arasında olan sıx münasibətlərdən söhbət açmışdır. Səfir eyni zamanda Azərbaycanda yəhudi məskunlaşmalarının qədim tarixi və onların müasir dövrə qədər Azərbaycanda keçdikləri zamana nəzər salmışdır.
 
Səfirin çıxışından sonra yəhudi icmasının nümayəndələri tərəfindən verilən suallar ətraflı şəkildə səfir F.Şəfiyev tərəfindən cavablandırılmışdır.
 
Görüşün sonunda B'nai Brith təşkilatının Baş Icraçı direktoru və digər nümayəndələr Azərbaycan səfiri ilə görüşdən məmnun qaldıqlarını bildirmişlər. Gələcəkdə Azərbaycan və yəhudi icmaları arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq edilməsinə dair razılığa gəlinmişdir. Görüş bununla yekunlaşmışdır.

Xəbər lenti

Xəbər lenti