...

Azərbaycanda ötən il qeydə alınan yol qəzalarının sayı azalıb

Siyasət Materials 21 Yanvar 2010 11:37 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Ərəstun Məcidov cümə axşamı Trend News-a bildirib ki, 2009-cu ildə respublika ərazisində 2 792 yol nəqliyyat hadisəsi qeydə alınıb və nəticədə 930 nəfər həlak olub, 3 044 nəfər yaralanıb.
Azərbaycanda ötən il qeydə alınan yol qəzalarının sayı azalıb

Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda ötən il qeydə alınan yol qəzalarının sayı azalıb.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Ərəstun Məcidov cümə axşamı Trend -a bildirib ki, 2009-cu ildə respublika ərazisində 2 792 yol nəqliyyat hadisəsi qeydə alınıb və nəticədə 930 nəfər həlak olub, 3 044 nəfər yaralanıb.

Ötən illə müqayisədə hadisələrin, həlak olanların və yaralananların sayı uyğun olaraq 178 (5,9%), 122 (11,6%) və 188 (5,8%) fakt azalıb.

Qeydə alınmış qəzaların 1 159-u Bakının payına düşüb. Paytaxtda yol qəzaları zamanı 325 nəfər həlak olub, 1 241 nəfər yaralanıb. Paytaxtda ötən illə müqayisədə qəzaların, həlak olanların və yaralananların sayı uyğun olaraq 233 (16,7%), 27 (7,7%) və 293 (19,1%) azalıb.

Məcidov bildirib ki, respublika üzrə qeydə alınmış yol nəqliyyat hadisələrinin 43,5%-i (1214) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 24,3%-i (680) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 6,7%-i (186) yolayrıclarını keçmə qaydalarının pozulması, 3,1%-i (87) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

Hadisələrin 39,6%-ni (1106), Bakıda isə 51,9%-ni (602) piyadaların vurulması təşkil edib.

Nəticədə 349 piyada həlak olub, 837-i yaralanıb.

Ötən illə müqayisədə bu kimi hadisələrin sayı respublika üzrə 2,3 % (28), Bakı şəhəri üzrə 7,6% (56) azalıb.

151 hadisə piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində baş verib.

Respublika üzrə qeydə alınmış yol qəzaları nəticəsində 54 nəfər uşaq və yeniyetmə həlak olub, 221 nəfər yaralanıb.

Respublikada qeydə alınmış yol qəzaları nəticəsində həlak olmuş 930 nəfərdən 728-i kişilər, 202-i qadınlar, xəsarət almış 3044 nəfərdən isə 2 300-nü kişilər, 744-nü qadınlar təşkil edib.

Şöbə rəisi deyib ki, 2009-cu il ərzində respublika ərazisində 20 nəfərin həlak olması və 74 nəfərin yaranlanması ilə nəticələnmiş 90 yol nəqliyyat hadisələri bağlı qalıb.

Xəbər lenti

Xəbər lenti