...

Azərbaycanın müxalifətyönlü partiyalarının təmsil olunduğu blok parlament seçkilərində iştirakla bağlı qərar verəcək

Siyasət Materials 22 Yanvar 2010 12:04 (UTC +04:00)
"İndi bloka daxil olan bütün partiyalarda müzakirələr gedir, parlament seçkilərində iştirakımızla bağlı qərarımızı isə fevral ayında müəyyənləşdirmək niyyətindəyik", - cümə günü Trend News-a "Azərbaycan Tərəqqi Alyansı" blokunda təmsil olunan Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu bildirib.

Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın müxalifətyönlü partiyalarının təmsil olunduğu blok parlament seçkilərində iştirakla bağlı qərarı gələn ay verəcək.

"İndi bloka daxil olan bütün partiyalarda müzakirələr gedir, parlament seçkilərində iştirakımızla bağlı qərarımızı isə fevral ayında müəyyənləşdirmək niyyətindəyik", - cümə günü Trend -a "Azərbaycan Tərəqqi Alyansı" (ATA) blokunda təmsil olunan Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu bildirib.

Trend -un arayışı: Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125seçki dairəsində keçirilir.

Dəmiroğlunun sözlərinə görə, seçkilərdə blok kimi iştirakla bağlı ümumi razılığa gələ bilməsələr, digər müxalifət partiyaları ilə heç bir əməkdaşlıq etməyəcəklər. "Bizim blokda 21 partiya təmsil olunur. 2003-cü il prezident seçkiləri ərəfəsi yaradılan bu blok müxalifətin ən böyük qurumlarından biridir. Buna görə də bizim digər bloklarla, yaxud partiyalarla seçkilərdə birgə iştirakımız mümkün deyil", - partiya sədri əlavə edib.

Dəmioğlu deyib ki, 2008-ci il prezident seçkilərində hakim partiyanın namizədi İlham Əliyevi dəstəkləyiblər. "Əgər Yeni Azərbaycan Partiyası parlament seçkilərində bizim partiya, yaxud burada təmsil olunan ayrı-ayrı partiyalarla əməkdaşlıq etmək niyyətində olarsa, bu zaman müsbət qərar qəbul edə bilərik", - o vurğulayıb.

"Azərbaycan Tərəqqi Alyansı"nda 21 müxalifətyönlü siyasi partiya təmsil olunur. Alyans bu partiyaların əməkdaşlıq qurumudur.

Blokda təmsil olunan 21 partiyadan 10-u dövlət qeydiyyatından keçib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti