...

Dövlətlərarası Azərbaycan-Rusiya Forumu xalqlar arasında dostluğun inkişafı və möhkəmlənməsinə böyük töhfə verir – Ramiz Mehdiyev (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 22 Yanvar 2010 12:29 (UTC +04:00)
Dövlətlərarası Azərbaycan-Rusiya Forumu xalqlar arasında dostluğun inkişafı və möhkəmlənməsinə böyük töhfə verir. Bu barədə cümə günü Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakıda keçirilən Azərbaycan-Rusiya cəmiyyətləri Forumunda deyib.
Dövlətlərarası Azərbaycan-Rusiya Forumu xalqlar arasında dostluğun inkişafı və möhkəmlənməsinə böyük töhfə verir – Ramiz Mehdiyev (ƏLAVƏ OLUNUB)

RED. əlab.: 4 və 5-ci abzaslar əlavə olunub

Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir E.Tariverdiyeva/

Dövlətlərarası Azərbaycan-Rusiya Forumu xalqlar arasında dostluğun inkişafı və möhkəmlənməsinə böyük töhfə verir. Bu barədə cümə günü Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakıda keçirilən Azərbaycan-Rusiya cəmiyyətləri Forumunda deyib.

"Belə forum birinci dəfədir keçirilir və xalqlarımız arasında dostluğun inkişafı və möhkəmlənməsinə böyük töhfə verir", - Mehdiyev deyib.

O, Azərbaycan və Rusiyanın prezident administrasiyalarına xüsusi minnətdarlığını bildirib. Onun sözlərinə görə, bu cür forumun keçirilməsi iki ölkə başçısı - İlham Əliyev və Dmitri Medvedevin sayəsində mümkün olub.

"Bu gün Rusiya ilə əlaqələrimiz və əməkdaşlığımız sürətlə inkişaf edir. İTAR-TASS agentliyi kimi müstəqil ofislərin Bakıdakı fəaliyyəti bizim rus dilinə göstərdiyimiz diqqətin sübutudur. Bizim ali təhsil müəssisələrində 16 min tələbə rus dilində təhsil alır. MDU-nun Bakıdakı filialı buna parlaq nümunədir. Bu, Azərbaycanın iqtisadi inkişafı və ölkə Prezidentinin uzaqgörən siyasəti sayəsində mümkün olub", - Mehdiyev deyib.

"Hazırda Azərbaycan Cənubi Qafqazda liderdir. Ölkənin ÜDM-i 9,3 faiz artıb, Azərbaycanın valyuta ehtiyatı 20,4 milyard dollar təşkil edir", - Azərbaycan Prezident Administrasiyasının rəhbəri qeyd edib.

Cümə günü Bakıda humanitar əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumu işinə başlayıb. Forum təşkilatçıları hər iki ölkənin dövlət strukturlarıdır. Forum zamanı ikitərəfli əlaqələrin inkişafı, siyasi strukturların qarşılıqlı fəaliyyəti, ölkələrin vətəndaş cəmiyyətləri, peşəkar birliklər və yaradıcılıq ittifaqları məsələlərinin müzakirə edilməsi planlaşdırılır. Əsas diqqət KİV-in Rusiya və Azərbaycan arasında körpü yaradılmasındakı roluna, iki ölkə həqiqətlərinin geniş ictimaiyyətə çatdırılması, rus dilinin qorunub saxlanması və rusdilli informasiya məkanının genişləndirilməsinə yönəldiləcək.

Xəbər lenti

Xəbər lenti