...

Azərbaycan NATO üçün əhəmiyyətlidir – Rumıniya səfiri

Siyasət Materials 22 Yanvar 2010 15:59 (UTC +04:00)
Azərbaycan NATO üçün əhəmiyyətlidir, ölkə terrorizmlə mübarizədə, beynəlxalq energetika təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və əlverişli coğrafi mövqeyə malikdir. Alyansın rəsmi mövqeyi bu cürdür. Bu sözləri Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureke deyib.
Azərbaycan NATO üçün əhəmiyyətlidir – Rumıniya səfiri

Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir V.Javoronkova/

Azərbaycan NATO üçün əhəmiyyətlidir, ölkə terrorizmlə mübarizədə, beynəlxalq energetika təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və əlverişli coğrafi mövqeyə malikdir. Alyansın rəsmi mövqeyi bu cürdür. Bu sözləri Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureke deyib.

"Azərbaycan iki növ islahat aparmalıdır: hərbi islahat; demokratiya və insan hüquqları baxımından siyasi islahatlar və bazar iqtisadiyyatına tam keçid baxımından iqtisadi islahatlar", - diplomat cümə günü NATO-nun vətəndaş cəmiyyəti sahəsində Azərbaycanla əməkdaşlığına həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, bu çətin prosesdir, çünki bu, yalnız ölkə hakimiyyətinin iştirakını deyil, həmçinin vətəndaş cəmiyyətinin iştirakını tələb edir. "Bizə vətəndaş cəmiyyətinin fikrini öyrənmək lazımdır. Azərbaycanda bu, bir çox sahələrdə əməktutumlu işlər tələb edir ki, bu da çox vaxt alacaq", - Ureke deyib.

"Biz alyansla əməkdaşlıq etmək istəyirik, lakin problem bundan ibarətdir ki, təşkilatın fəaliyyəti ilə respublikanın bütün əhalisi tanış deyil", - Azərbaycan-NATO Əməkdaşlığı İnstitutunun prezidenti Fərrux Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda tanışlıq tədbirləri mümkün qədər çox təşkil olunmalıdır. "2009-cu ilin fevralından qısa müddət ərzində biz NATO-ya yaxınlaşmışıq və 2010-cu ildəki planlarımızda Şimali Atlantika Alyansına yaxınlaşma və inteqrasiya üzrə tədbirlərin keçirilməsi var", - Məmmədov deyib.

Xəbər lenti

Xəbər lenti