...

Azərbaycan Haitidə zəlzələdən əziyyət çəkən insanlara yarım milyon dollar yardım ayırıb

Siyasət Materials 22 Yanvar 2010 13:00 (UTC +04:00)
Azərbaycan Haitidə zəlzələdən əziyyət çəkən insanlara 500 min dollar yardım ayırıb. Məbləğ BMT-nin bu məqsədlə açılan hesabına köçürüləcək və təşkilatın rəhbərliyi ilə paylanacaq.
Azərbaycan Haitidə zəlzələdən əziyyət çəkən insanlara yarım milyon dollar yardım ayırıb

Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir S.Ağayeva/

Azərbaycan Haitidə zəlzələdən əziyyət çəkən insanlara 500 min dollar yardım ayırıb. Məbləğ BMT-nin bu məqsədlə açılan hesabına köçürüləcək və təşkilatın rəhbərliyi ilə paylanacaq. Bu barədə XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov Trend -a deyib.

Haiti hakimiyyətinin məlumatına görə, yanvarın 12-də baş verən təbii fəlakət nəticəsində 1,5 milyon insan evsiz-eşiksiz qalıb. Zəlzələ 100 mindən artıq insanın ölümünə səbəb olub. Zərərçəkənlərin ümumi sayı isə 3 milyona çatır.

Xəbər lenti

Xəbər lenti