...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BP şirkətinin icraçı vitse-prezidenti Endi İnqlisi qəbul edib

Siyasət Materials 22 Yanvar 2010 21:09 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də BP şirkətinin icraçı vitse-prezidenti Endi İnqlisi qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BP şirkətinin icraçı vitse-prezidenti Endi İnqlisi qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də BP şirkətinin icraçı vitse-prezidenti Endi İnqlisi qəbul edib.

BP şirkətinin icraçı vitse-prezidenti Endi İnqlis ilk dəfə 15 il bundan əvvəl Bakıya gəldiyini və ötən dövr ərzində çox böyük inkişafın şahidi olduğunu vurğulayıb.

"Əsrin müqaviləsi"nin imzalanmasından artıq 15 il ötdüyünü bildirən qonaq bu müddətdə ölkəmizdə qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu və böyük uğurlar qazanıldığını deyib. Endi İnqlis BP şirkətinin ölkəmizlə əməkdaşlığının gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirib.  

Ötən il "Əsrin müqaviləsi"nin 15 illiyi münasibətilə mərasimlər keçirildiyini qeyd edən dövlətimizin başçısı əldə olunan bütün bu nailiyyətlərin əsasında uğurlu enerji siyasətinin dayandığını deyib. Prezident İlham Əliyev bildirdi ki, əgər 15 il əvvəl başlanan enerji siyasəti həyata keçirilməsəydi, iqtisadiyyatımızın şaxələndirilməsi və sosial proqramların həyata keçirilməsi mümkün olmazdı. BP şirkəti ilə əməkdaşlığa toxunan dövlətimizin başçısı energetika sahəsində uğurlu əlaqələrimizin bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirib.  

Xəbər lenti

Xəbər lenti