...

İspaniyanın Aİ-də sədrliyi Azərbaycanla əməkdaşlıq etmək üçün möhkəm əsas yaratmağa imkan verir – XİN rəhbəri Migel Anhel Moratinos (MÜSAHİBƏ)

Siyasət Materials 25 Yanvar 2010 13:18 (UTC +04:00)
Trend News-un Avropa redaksiyasının Avropa İttifaqının hazırkı sədri İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinosla müsahibəsi
İspaniyanın Aİ-də sədrliyi Azərbaycanla əməkdaşlıq etmək üçün möhkəm əsas yaratmağa imkan verir – XİN rəhbəri Migel Anhel Moratinos (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 23 yanvar / Trend , müxbir Y.Ostapenko/

Trend -un Avropa redaksiyasının Avropa İttifaqının hazırkı sədri İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinosla müsahibəsi

Siz keçən ili İspaniya və Azərbaycan arasında siyasi, iqtisadi və mədəni əlaqələr baxımından necə qiymətləndirirsiniz? Məlumdur ki, İspaniyanın Azərbaycanda səfirliyinin açılması planları var və bu istiqamətdə hansı irəliləyişlər mövcuddur? İkitərəfli əməkdaşlığın hansı sahələrini daha perspektivli hesab edirsiniz?

- İspaniyanın ATƏT-dəki sədrliyi İspaniya və Azərbaycan arasındakı əlaqələrdə dönüş nöqtəsi olub. O vaxtdan bəri, ümumilikdə 2009-cu il ərzində iki ölkə arasında iqtisadi, siyasi və mədəni əlaqələr güclənib və şübhəsiz ki, bu münasibətlərin daha da dərinləşməsi üçün imkan var.

İqtisadi baxımdan güclü ziddiyəti həll etməliyik: bizim iqtisadiyyatımız bir-birini tamamlayır, lakin ikitərəfli ticarət göstəriciləri aşağı olaraq qalır. İspaniyanın ixracını artırmaq və Azərbaycanın idxalını diversifikasiyalaşdırmaq imkanı var. Birbaşa investisiyaların cəlb edilməsinə kömək etmək də olar, belə ki, Azərbaycan iqtisadiyyatı inkişaf edir, bizim bəzi şirkətlərimiz isə telekommunikasiya, energetika və infrastruktur sahəsində dünya liderləridir.

İkincisi, xalqlarımız arasındakı əlaqə bizim gələcək münasibətlərimizin təməlini təşkil edir. İspaniyalı müəllimlərin Azərbaycan Dillər Universitetində işləməsi yaxşı başlanğıcdır və bunu inkişaf etdirmək lazımdır. Siyasi əlaqələrə gəlincə isə müntəzəm siyasi dialoqların aparılması cox vacibdir. Beləliklə, İspaniya Azərbaycanın Madriddə səfirliyinin açılmasını alqışlayıb və İspaniyanın da Bakıda səfirliyinin açılacağını gözləyir. 

Aİ-də sədrlik İspaniya və Azərbaycan üçün bir-birlərini daha yaxşı tanımağa, hökumətlər arasında siyasi əlaqələri dərinləşdirməyə, iqtisadi və mədəni əməkdaşlıq üçün möhkəm əsas yaratmağa imkan verəcək.

- İspaniya bu yaxınlarda Avropa İttifaqında dördüncü, Lissabon sazişinin qüvvəyə minməsindən sonra birinci sədrliyi qəbul edib. Siz nə dərəcədə nikbinsiniz? Hesab etmirsinizmi ki, rotasiya sədrliyi Lissabon sazişi zamanı səslərin qüvvəsini itirir?

Ölkəmiz fəxr edir ki, iqtisadi və maliyyə böhranları, Aİ-də islahatların aparıldığı, Lissabon sazişinin həyata keçirildiyi, həmçinin Avropa Parlamentinin, Avropa Komissiyasının və yeni institusional strukturun yenilənməsi dövründə sədrlik edirik.

İspaniya bu vəzifələrə Avropa İttifaqının formalaşması prosesinə vahid mövqedən çıxış etmək qabiliyyətinə malik qlobal oyunçu olaraq öz töhfələrini vermək fürsəti kimi baxır. Beləliklə, İspaniya öz sədrliyi dövründə Avropanın dünya arenasında rolunun güclənməsi məsələsində Ketrin Eşton (xarici siyasət üzrə ali nümayəndə) və Herman van Rompeylə (Aİ prezidenti) daha sıx əməkdaşlıq etməyə hazırdır.

- Lissabon sazişi qüvvəyə mindikdən sonra Avropa ittifaqının xarici siyasətinin hansı prioritetləri olacaq? Hesab edirsinizmi ki, Aİ xarici işlər naziri vəzifəsinin təyin edilməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ ərazi münaqişəsi də daxil olmaqla münaqişələrin həllinə kömək edəcəkmi?

Lissabon sazişi Avropa İttifaqına yeni vasitələr verir, bu da bizə daha bacarıqlı, məntiqli və strateji qlobal oyunçu olmaq imkanı verir. Bu məqsəd 2003-cü ilin dekabr ayında Avropa Şurası tərəfindən qəbul edilmiş Avropa ittifaqının təhlükəsizlik strategiyasında əks olunub. Herman van Rompeyin Avropa İttifaqının sədri, Ketrin Eştonun isə Aİ-nın xarici əlaqələr və təhlükəsilik siyaəti üzrə ali nümayəndə və eləcə də Avropa Komissiyasının vitse-prezidenti seçilməsi xarici əlaqələr sahəsində Lissabon sazişində yer alan daha çox nəzərəçarpan haldır.

İspaniya Avropa İttifaqının beynəlxalq arenada qlobal oyunçu kimi irəliləməsində, həmçinin insan haqlarının qorunmasında və yoxsulluğun bütün dünyada aradan qaldırılmasında maraqlıdır. Yuxarıda saydıqlarımın hamısı növbəti 6 ay ərzində fəaliyətimizin əsas prioritetləridir. Bu məqsədlərə nail olmaq üşün Avropa İttifaqının prezidenti və ali nümayəndəsi ilə sıx əməkdaşlıq edirik.

Biz regional münaqişələr də daxil olmaqla qarşılaşdığımız əsas problemlər üzrə inamla çıxış etməyə davam edəcəyik. Biz sərəncamımızda olan bütün mexanizmləri işə salacağıq.

Türkiyənin Avropa İttifaqına daxil olması Aİ-nin xarici siyasətinin daha ciddi məsələlərindən biridir. Türkiyənin quruma daxil olması prosesinə sizin münasibətiniz necədir? Fransa, Almaniya və Avstriyanın güclü müqavimətini nəzərə alaraq bu məsələnin perspekivlərinə necə baxırsınız? Türkiyədə bu yaxınlarda aparılan demokratik islahatlar barədə nə fikirləşirsiniz?

İspaniya Türkiyənin Avropa İttifaqına üzv olmasını dəstəkləyir. Lakin hazırda danışıqlar prosesindəki əsas maneə yeni üzv ölkələr üçün gömrük ittifaqını genişləndirən əlavə protokolun Türkiyə tərəfindən ratifikasiya edilməsi və həyata keçirilməsidir.

Bəzi üzv dövlətlərin Türkiyənin üzvlüyünü istəməməsi Ankaranın vacib olan daxili islahatları ləng həyata keçirməsi ilə bağlıdır. Lakin mən belə hesab edirəm ki, Türkiyə hökuməti islahatların həyata keçirilməsini fəallaşdırıb.

Demokratik islahatları təcəssüm etdirən kürd təşəbbüslərindən əlavə, 2009-cu ildə digər addımlar da atılıb. Nazir Egemen Baxış Aİ ilə danışıqlarda müzakirəçi təyin edilib, Brüsselə yüksək səviyyəli səfərlərin sayı artıb, "Nabukko" qaz kəməri layihəsi üzrə hökumətlərarası saziş imzalanıb, enerji birliyinə daxil olmağa dair danışıqlar başlanıb, Aİ ilə qeyri-leqal immiqrantların readmissiyasına dair saziş üzrə danışıqlar bərpa edilib.

Yuxarıda sadalananlar Türkiyədə demokratikləşmə və islahatlar prosesində atılan addımlardır ki, bu da Aİ-yə daxil olmaq məsələsi üzrə gələcək danışıqlar üçün zəmin yaratmağa kömək etməlidir.

Xəbər lenti

Xəbər lenti