...

Mövlud Çavuşoğlu AŞ PA sədri secilib

Siyasət Materials 25 Yanvar 2010 14:51 (UTC +04:00)
Bu gün Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin sədri Mövlud Çavuşoğlu qurumun yeni sədri seçilib.
Mövlud Çavuşoğlu AŞ PA sədri secilib

Fransa, Strasburq, 25 yanvar / Trend , müxbir A.Məhərrəmli/

Bu gün Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin sədri Mövlud Çavuşoğlu qurumun yeni sədri seçilib.

AŞ PA-nın qış sessiyasının ilk iclasında keçirilən səsvermə zamanı Mövlud Çavuşoğlu qurumun yeni sədri seçilib.

AŞ PA-nın payız sessiyasında Türkiyənin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Avropa Demokrat Qrupu adından AŞ PA prezidentliyinə namizəd seçilib. Bu posta Mövlud Çavuşoğlu və qrupun rəhbəri David Vilşirin namizədliyi irəli sürülüb.

Mövlud Çavuşoğlu əksər səs çoxluğu ilə Avropa Demokrat Qrupu adından AŞ PA prezidentliyinə namizəd olub. AŞ PA-nın prosedurlarına görə, 2010-cu ildə hazırkı prezident Luis Maria de Puçun mandatı bitir və iki il əvvəl əldə edilən prosedur və yazılı anlaşmaya görə, 2010-cu ildə bu postu Avropa Demokrat Qrupunun namizədi tutmalıdır.

Türkiyəli deputat həm də Avropa Şurası Parlament Assambleyasının Siyasi Komitəsinin "1932-33-cü illərdə Ukraynada "Qolodomor" cinayətinin və keçmiş SSRİ ərazisində kütləvi aclığın pislənməsinin zəruriliyi" adlı hesabat üzrə məruzəçisidir.

Xəbər lenti

Xəbər lenti