...

Avropa Şurası Azərbaycanla işini davam etdirəcək - Luis Maria de Puç

Siyasət Materials 25 Yanvar 2010 15:28 (UTC +04:00)
Avropa Şurası Azərbaycan və digər region ölkələri də daxil olmaqla, işini davam etdirəcək. Azərbaycandan istədiyimiz odur ki, o, daha demokratik, AŞ standart və parametrlərinə uyğun bir dövlət kimi özünü göstərsin. Biz Azərbaycana bu sahədə hər hansı bir köməklik göstərməyə hazırıq.
Avropa Şurası Azərbaycanla işini davam etdirəcək - Luis Maria de Puç

Fransa, Strasburq, 25 janvar / Trend , müxbir A.Məhərrəmli/

Avropa Şurası Azərbaycan və digər region ölkələri də daxil olmaqla, işini davam etdirəcək. Azərbaycandan istədiyimiz odur ki, o, daha demokratik, AŞ standart və parametrlərinə uyğun bir dövlət kimi özünü göstərsin. Biz Azərbaycana bu sahədə hər hansı bir köməklik göstərməyə hazırıq. Trend -un məlumatına görə, bunu bazar ertəsi AŞ PA-nın qış sessiyasının ilk günündə keçirdiyi mətbuat konfransında qurumun səlahiyyət müddəti bitmiş sədri Luis Maria de Puç deyib.

Puç deyib ki, AŞ PA sədri kimi fəaliyyəti heç də asan olmayıb.

"Mən öz səlahiyyət mandatımı məmnunluq hissi ilə başa vurur və bunu müsbət qiymətləndirirəm. Amma bu, heç də asan olmadı. İki məsələyə görə hərəkətli oldu. Mandatım dövrü bir çox məsələlər, xüsusilə, AŞ baş katibinin seçkisi və Gürcüstan-Rusiya müharibəsi ilə yadda qalan oldu", - o qeyd edib.

O, həmçinin əlavə edib ki, AŞ PA-nın ekologiya, iqlim dəyişikliyi, AŞ-nin Asiya və Şimali Afrikaya açılması kimi məsələlərdə həyata keçirilən işlərdən məmnundur.

O. sonrakı fəaliyyəti ilə bağlı qeyd edib ki, bundan sonra da AŞ PA-nın üzvü olaraq qalacaq.

"Əlbəttə ki, AŞ PA-nın üzvü kimi fəaliyyət göstərəcəyəm. Mən öz ölkəmdə 2012-ci ilədək senator seçilmişəm. AŞ PA-da üç komissiyanın üzvüyəm. Qurumun yeni sədrini AŞ dəyərlərinin yayılması və gücləndirilməsinə, görülən işləri davam etdirməyə çağırıram", - o əlavə edib.

Puçun yerinə bu gün Türkiyədən olan deputat Mövlud Çavuşoğlu seçilib.

Xəbər lenti

Xəbər lenti