...

Azərbaycanın İranla sərhəddə yerləşən ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstə zərərsizləşdirilib - DİN

Siyasət Materials 25 Yanvar 2010 18:28 (UTC +04:00)
Azərbaycanın İranla sərhəddə yerləşən ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstə zərərsizləşdirilib.
Azərbaycanın İranla sərhəddə yerləşən ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstə zərərsizləşdirilib - DİN

Azərbaycan, Bakı, 25 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın İranla sərhəddə yerləşən ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstə zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bazar ertəsi Trend -a bildirib ki, Azərbaycanın cənubunda yerləşən Biləsuvar rayonunda nazirliyin və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin alqı-satqısı ilə məşğul olan iki nəfər saxlanılıb. Bərdə şəhər sakinləri, 1977-ci il təvəllüdlü Ruslan İbrahim oğlu İbrahimov və 1979-cu il təvəllüdlü Cəlil Cəmil oglu Cabbarov şübhəli şəxs qismində Biləsuvar rayonunun Muğan kəndi ərazisində saxlanılıb. İbrahimovun idarə etdiyi "VAZ-21011" markalı, 11 BD 368 dövlət nömrə nişanlı avtomobilə baxış keçirilərkən 15 kiloqram narkotik vasitə olan həşiş və 2 kiloqram heroin aşkarlanaraq götürülüb. Hər iki şəxs barəsində həbs-qətiimkan tədbiri seçilib.

Tədbiri davam etdirən polis və gömrük əməkdaşları cinayətkar dəstənin daha 3 üzvünü - Elnur Qəmbərov, Zaur Hüseynov və Elnur Əmrahovu saxlayıb. Onlar barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. Hazırda əməliyyat axtarışları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti