...

İrandan mədəsində narkotik vasitə keçirən Azərbaycan vətəndaşı tutulub

Siyasət Materials 26 Yanvar 2010 16:41 (UTC +04:00)
İrandan Azərbaycana mədəsində narkotik vasitə keçirən Astara rayon sakini tutulub.
İrandan mədəsində narkotik vasitə keçirən Azərbaycan vətəndaşı tutulub

Azərbaycan, Lənkəran, 26 yanvar / Trend , müxbir P.Əliyeva/

İrandan Azərbaycana mədəsində narkotik vasitə keçirən Astara rayon sakini tutulub.

Astara rayon polis şöbəsinin rəis müavini Arzu Hacıyev çərşənbə axşamı Trend -a bildirib ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü Astara şəhər sakini Cahangirov Hüseyn Zakir oğlu Astara gömrük məntəqəsinin qarşısında şübhəli şəxs qismində saxlanılıb. Onun udaraq mədəsində 3,92 qram heroini İrandan Azərbaycan tərəfə keçirdiyi müəyyən edilib.

Cahangirov heroini İrandan aldığını bildirib.

Faktla bağlı Astara rayon polis şöbəsində Azərbaycanın Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.1) və qaçaqmalçılıq (206.2) maddələri ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti