...

Ermənistan nümayəndə heyətinin səlahiyyətlərinin AŞ PA-da dondurulması bu ölkədəki vəziyyətin bariz nümunəsidir - qurumun vitse-prezidenti

Siyasət Materials 26 Yanvar 2010 18:01 (UTC +04:00)
Ermənistan nümayəndə heyətinin səlahiyyətlərinin Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) dondurulması Ermənistandakı vəziyyətin bariz nümunəsidir. Bu barədə Trend News-a çərşənbə axşamı eksklüziv açıqlamasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, qurumun vitse-prezidenti Səməd Seyidov məlumat verib.
Ermənistan nümayəndə heyətinin səlahiyyətlərinin AŞ PA-da dondurulması bu ölkədəki vəziyyətin bariz nümunəsidir - qurumun vitse-prezidenti

Fransa, Strasburq, 26 yanvar / Trend , müxbir A.Məhərrəmli/

Ermənistan nümayəndə heyətinin səlahiyyətlərinin Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) dondurulması Ermənistandakı vəziyyətin bariz nümunəsidir. Bu barədə Trend -a çərşənbə axşamı eksklüziv açıqlamasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, qurumun vitse-prezidenti Səməd Seyidov məlumat verib. O, qeyd edib ki, bu, Ermənistanın daxilində gedən proseslərin nəticəsidir.

"Ermənistanın səlahiyyətlərinin dayandırılması bir reallıqdır. Ermənistanın daxilində gedən proseslər, Ermənistan Parlamentində olan çaxnaşmalar o vəziyyətə gətirib çıxarıb ki, Ermənistan nümayəndə heyəti öz tərkibini formalaşdıra bilməyib", - Seyidov deyib.

AŞ PA dünən Ermənistanın qurumdakı nümayəndə heyətinin tərkibini təsdiqləməyib.

Seyidov hesab edir ki, son anda nümayəndə heyətinin müxalifətdən olan üzvlərinin birini kənarlaşdırması və digərinin nümayəndə heyətinə daxil etməsi AŞ PA-nın ilk iclasında Ermənistan nümayəndə heyətinin səlahiyyətlərini təsdiq edə bilməməsinə səbəb oldu.

"Bununla bağlı Ermənistanın artıq əsas üzvünün yox, əvəzedici üzvlərindən biri məsələ qaldırdı və bu məsələ qurumun Prosedur və Qaydalar Komitəsinə göndərildi. Düzdür, həmin Komitə bu gün səhər bu məsələyə baxıb və Ermənistan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq olunması istiqamətində öz müsbət fikrini bildirib. Bu o deməkdir ki, Ermənistan nümayəndə heyəti fəaliyyətə başlaya biləcək", - Seyidov bildirib.

Xəbər lenti

Xəbər lenti