...

Azərbaycanın XİN rəhbəri Londonda ikitərəfli görüşlər keçirəcək

Siyasət Materials 27 Yanvar 2010 11:43 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstana yardım üzrə beynəlxalq konfransda iştirak çərçivəsində öz həmkarları ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.
Azərbaycanın XİN rəhbəri Londonda ikitərəfli görüşlər keçirəcək

Azərbaycan, Bakı, 27 yanvar / Trend , müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstana yardım üzrə beynəlxalq konfransda iştirak çərçivəsində öz həmkarları ilə bir sıra ikitərəfli görüşlər keçirəcək. Bu barədə XİN-in mətbuat katibi Elxan Poluxov Trend -a bildirib.

Konfransın əsas məqsədi Əfqanıstandakı vəziyyəti stabilləşdirmək və normal fəaliyyət göstərən dövlətin yaradılması üçün dünya birliklərinin bu ölkəyə yardım göstərməsi barədə məsələnin həllidir. BMT bu istiqamətdə qüvvələrin əlaqələndiricisidir.

Azərbaycan naziri Londona bu gün səhər gedib. Onun konfransda müzakirələrdə iştirakı gözlənilir.

Azərbaycanın XİN rəhbəri görüş çərçivəsində ikitərəfli və regional əməkdaşlığın aktual məsələlərini müzakirə edəcək. Bu cür görüşlərdən birinin Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlu ilə keçiriləcəyi gözlənilir.

Davudoğlu Türkiyənin NTV telekanalına müsahibəsində Londonda Azərbaycanın xarici işlər naziri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində və Ermənistan-Türkiyə münasibətlərindəki son hadisələri müzakirə etmək niyyətini bildirib.

Xəbər lenti

Xəbər lenti