...

Azərbaycan-Amerika Şurası 20 yanvar 1990-cı il hadisələrinin Ermənistanın xəbər agentliyi tərəfindən təhrif edilməsini pisləyir

Siyasət Materials 27 Yanvar 2010 15:08 (UTC +04:00)
Azərbaycan-Amerika Şurası 20 yanvar 1990-cı il hadisələrinin Ermənistanının xəbər agentliyi tərəfindən təhrif edilməsini pisləyir.
Azərbaycan-Amerika Şurası 20 yanvar 1990-cı il hadisələrinin Ermənistanın xəbər agentliyi tərəfindən təhrif edilməsini pisləyir

Azərbaycan, Bakı, 27 yanvar / Trend /

Azərbaycan-Amerika Şurası 20 yanvar 1990-cı il hadisələrinin Ermənistanının xəbər agentliyi tərəfindən təhrif edilməsini pisləyir.

19 yanvar 2010-cu il tarixində Los Ancelsdə Ermənistanın xəbər portalında "Qara yanvarı və Bakı ermənilərinin qırğınını xatırlayaraq" adlı məqalə dərc edilib. Məqaləyə "ermənilər qırğın həftəsi ərində öz evlərində qətlə yetiriliblər" şərhli fotoşəkillər əlavə edilib.

Faktlar araşdırıldıqdan sonra məlum olub ki, "Аsbarez" tərəfindən istifadə edilən fotoşəkildə əks edilən qurban yəhudi əsilli azərbaycanlı 18 yaşlı Vera Bassatinadır. O, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya daxil olması zamanı həlak olub. Şəkli İTAR-TASS agentliyinin əməkdaşı Andrey Solovyev çəkib (o, 1993-cü ildə Gürcüstandakı Abxaziya müharibəsi zamanı həlak olub). Bu fotoşəklin orijinalı Solovyev tərəfindən AzərTAc-a - Azərbaycan Dövlət İnformasiya agentlıiyinə verilib.

Azərbaycan-Amerika Şurası bütün Amerika azərbaycanlıları adından böhtan məqsədilə internet və kütləvi informasiyanın çap vasitələri tərəfindən sui-istifadələrin bütün formalarını və millətçi təbliğatı pisləyir.

"Biz "Asbarez" portalının redaksiyasını öz səhvini düzəltməyə, 20 yanvar qurbanlarının xatirələrini təhqir etdiklərinə görə, rəsmi şəkildə üzr istəməyə çağırırıq",- məlumatda deyilir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Xəbər lenti

Xəbər lenti