...

İrandan Azərbaycana gələn ailə üzvlərinin üzərindən narkotik maddə götürülüb

Siyasət Materials 27 Yanvar 2010 14:20 (UTC +04:00)
İrandan Azərbaycana gələn ailə üzvlərinin üzərindən narkotik maddə götürülüb
İrandan Azərbaycana gələn ailə üzvlərinin üzərindən narkotik maddə götürülüb

Azərbaycan, Bakı, 27 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

İrandan Azərbaycana gələn ailə üzvlərinin üzərindən narkotik maddə götürülüb.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən çərşənbə günü Trend -a bildiriblər ki, Astara gömrük keçidində İran İslam Respublikasından Azərbaycana ailə üzvləri ilə birlikdə gələn İran vətəndaşı Nahani İskəndər Bəhram və qızları Həbibə Nahani İskəndər, Mobina Nahani İskəndər, Sevda Nahani İskəndər gömrük nəzarətindən keçərkən, ailənin azyaşlı uşaqları Həbibə və Mobinanın əyninə geyindiyi qara rəngli paltarın altından hər birindən iki bağlamada olmaqla ümumi xalis çəkisi 2015 qram narkotik vasitə olan heroin, Sevdadan isə əyninə geyindiyi qırmızı paltarın altından dörd bağlamada olmaqla çəkisi 1010 qram narkotik vasitə olan həşiş qətranı aşkar edilərək götürülüb.

Fakt üzrə Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup tərəfindən qaçaqmalçılığın törədilməsi (206.3.2), qanunsuz olaraq narkotik vasitələrin hazırlanması, əldə edilməsi, saxlama, daşınması, göndərmə və ya satılması qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən təkrar törədilməsi (234.4.1 və 234.4.3-cü) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaq zamanı müəyyən edilib ki, Nahani İranda olarkən digərləri ilə əlbir olaraq qaçaqmalçılıq yolu ilə Azərbaycana külli miqdarda narkotik maddələrin keçirilməsinə dair sövdələşərək cinayət əlaqəsinə girib.

Nahani barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti