...

Azərbaycanın Müsavat Partiyası sədrinin fikirləri müxalifət daxilində problemə səbəb olub – müxalifətçi deputat

Siyasət Materials 27 Yanvar 2010 18:04 (UTC +04:00)
"Müsavat Partiyasının sədri İsa Qəmbərin Məclisin iclasında və sonrakı müsahibələrində söylədiyi fikirlər müəyyən problemlər yaratdığından, bununla bağlı müzakirəyə ehtiyac var", - çərşənbə günü Trend News-a Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bildirib.
Azərbaycanın Müsavat Partiyası sədrinin fikirləri müxalifət daxilində problemə səbəb olub – müxalifətçi deputat

Azərbaycan, Bakı, 27 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin müxalifətçi deputatı hesab edir ki, Müsavat Partiyası sədrinin fikirləri müxalifət daxilində problemə səbəb olub.

"Müsavat Partiyasının sədri İsa Qəmbərin Məclisin iclasında və sonrakı müsahibələrində söylədiyi fikirlər müəyyən problemlər yaratdığından, bununla bağlı müzakirəyə ehtiyac var", - çərşənbə günü Trend -a Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bildirib.

Müsavat Partiyasının sədri İsa Qəmbər partiya Məclisinin yanvarın 16-da keçirilən iclasındakı çıxışında müxalifət partiyalarının bəzilərini İran Rusiya xüsusi xidmət orqanları, eləcə də Azərbaycan hakimiyyəti ilə əməkdaşlıq etməkdə günahlandırıb.

Onun sözlərinə görə, "Azadlıq" blokunda, Demokratiya Uğrunda İttifaqda təmsil olunan partiyaların və Müsavat Partiyası rəhbərliyinin iştirakı ilə fevral ayında keçiriləcək iclasda bununla bağlı müzakirələrin aparılması da istisna deyil.

"İttiham nə qədər kəskin olsa da, konkret ad çəkilməyib. Digər tərəfdən, "Azadlıq" bloku və DUİ-nin hər birində 4-5 partiya təmsil olunur. Müsavat "Azadlıq" blokunda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) parlament seçkilərində əməkdaşlıq təklif edib. DUİ-də təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) da həm AXCP, həm də Müsavat Partiyası ilə parlament seçkiləri ilə bağlı məsləhətləşmələr aparır", - Hüseyn vurğulayıb.

Millət vəkili deyib ki, həm AXCP, həm də KXCP Müsavatla əməkdaşlığa "Azadlıq" blokunda və DUİ-dəki müttəfiqlərindən ayrı razılaşmayacaqlar, müttəfiqlərinin iştirakı olmadan hansısa blokda təmsil olunmayacaqlar. "Bu səbəbdən İsa bəyin ittihamlarının konkret kimlərə ünvanlandığı dəqiqləşdirilməlidir", - o qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti