...

Azərbaycan prezidenti Ilham Əliyev və Sloveniya prezidenti ilə görüşüb

Siyasət Materials 28 Yanvar 2010 03:07 (UTC +04:00)
Davosda Azərbaycan Prezidenti İlham Əliyevin və Sloveniya Prezidenti Danilo Türkün görüşü olmuşdur. Məlumatı çərşənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan prezidenti Ilham Əliyev və Sloveniya prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyevin və Sloveniya Prezidenti Danilo Türkün Davosda görüşü olmuşdur. Məlumatı çərşənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Görüşdə əlaqələrimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu.

Azərbaycana səfərinin təəssüratlarını məmnunluqla xatırladan Danilo Türk qeyd etdi ki, həmin səfər zamanı keçirilmiş səmərəli görüşlər müxtəlif sahələr üzrə əməkdaşlıq üçün yaxşı əsaslar yaratmışdır. Hazırda Sloveniya tərəfi həmin səfər zamanı əldə edilmiş razılaşmalar üzərində fəal işləyir. Sloveniya Azərbaycan ilə əlaqələrin daha geniş sahələri əhatə etməsində maraqlıdır.

Sloveniya Prezidenti Azərbaycanda gedən iqtisadi inkişaf prosesləri, Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində vəziyyətlə maraqlandı.

Prezident İlham Əliyev əlaqələrimizin uğurla inkişaf etdiyini bildirdi.

Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqlar prosesinə toxundu.

Danilo Türk Azərbaycan Prezidentini Sloveniyaya səfərə dəvət etdi.

Xəbər lenti

Xəbər lenti