...

Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsini tərk edib

Siyasət Materials 28 Yanvar 2010 10:55 (UTC +04:00)
Ötən ilin sonunda Gürcüstanın Azərbaycandakı səfiri postuna təyin edilmiş Vano Noniaşvili istefa verib. Diplomat vəzifəsindən getmək barədə ərizə verib. Bu barədə Gürcüstan XİN-nin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri İi Maxaraşvili Trend News-a bildirib.
Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsini tərk edib

Gürcüstan, Tbilisi, 28 yanvar / Trend , müxbir N.Kirsxaliya/

Ötən ilin sonunda Gürcüstanın Azərbaycandakı səfiri postuna təyin edilmiş Vano Noniaşvili istefa verib. Diplomat vəzifəsindən getmək barədə ərizə verib. Bu barədə Gürcüstan XİN-nin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri İi Maxaraşvili Trend -a bildirib.

Gürcüstan Prezidenti Mixail Saakaşvili səfirin ərizəsini təsdiqləyib.

XİN-nin məlumatına görə, hazırda Azərbaycanda Gürcüstanın səfiri postuna heç kim təyin olunmayıb.

Noniaşvili səfir postuna parlament tərəfindən noyabrın 17-də təsdiq olunmuşdu. Əvvəllər o, Gürcüstan Prezidenti Administrasiyasının mətbuat xidmətinə rəhbərlik edib.

Xəbər lenti

Xəbər lenti