...

Azərbaycan müxalifətinin birgə fəaliyyəti parlament seçkilərində iştirakdan daha vacibdir – Müsavat deputat qrupunun üzvü

Siyasət Materials 28 Yanvar 2010 10:46 (UTC +04:00)
"Bu əməkdaşlıq mexanizminin müəyyənləşdirilməsi üçün yaxın müddətdə "Azadlıq" blokuna, Demokratiya Uğrunda İttifaqa (DUİ) daxil olan partiyaların və Müsavat Partiyasının birgə toplantısının keçirilməsi nəzərdə tutulur", - çərşənbə günü Trend News-a DUİ-də təmsil olunan Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bildirib.
Azərbaycan müxalifətinin birgə fəaliyyəti parlament seçkilərində iştirakdan daha vacibdir – Müsavat deputat qrupunun üzvü

Azərbaycan, Bakı, 27 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentində təmsil olunan Müsavat deputat qrupunun üzvü hesab edir ki, ölkə müxalifətinin birgə fəaliyyəti parlament seçkilərində iştirakdan daha vacibdir.

"Bu əməkdaşlıq mexanizminin müəyyənləşdirilməsi üçün yaxın müddətdə "Azadlıq" blokuna, Demokratiya Uğrunda İttifaqa (DUİ) daxil olan partiyaların və Müsavat Partiyasının birgə toplantısının keçirilməsi nəzərdə tutulur", - çərşənbə günü Trend -a DUİ-də təmsil olunan Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bildirib.

Trend -un arayışı: Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Hüseynin sözlərinə görə, hazırda Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bununla bağlı müzakirələr aparır.

"Bu toplantıdan sonra müxalifətin parlament seçkilərində hansı formada iştirakı məsələsi də müəyyən qədər həll olunacaq", - o əlavə edib.

Millət vəkili deyib ki, müxalifətin parlament seçkilərində iştirak edəcəyi birlikdə Müsavat, "Azadlıq" blokuna və DUİ-yə daxil olan partiyalardan başqa, Demokrat və Milli İstiqlal partiyalarının da təmsil olunması ilə bağlı müzakirələr aparıla bilər.

"Bu birlikdə siyasi partiyaların üzvü olmayan nüfuzlu ziyalıların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin təmsilçiliyi məsələsinin də müzakirəyə çıxarılmasi istisna deyil", - Hüseyn vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti