...

Gürcüstanın birinci xanımı Qara dəniz ölkələrində xərçəng xəstəliyinin qarşısının alınması üzrə Assosiasiyaya sədrlik vəzifəsinə iddia edir

Siyasət Materials 28 Yanvar 2010 13:56 (UTC +04:00)
Gürcüstanın birinci xanımı Sandra Rulovs Qara dəniz ölkələrində xərçəng xəstəliyinin qarşısının alınması üzrə Assosiasiyaya sədrlik vəzifəsinə namizədliyini irəli sürüb. O, seçkiləri fevralda keçiriləcək sədrlik vəzifəsinə namizədlərdən biri olacaq.
Gürcüstanın birinci xanımı Qara dəniz ölkələrində xərçəng xəstəliyinin qarşısının alınması üzrə Assosiasiyaya sədrlik vəzifəsinə iddia edir

Gürcüstan, Tbilisi, 28 yanvar / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanın birinci xanımı Sandra Rulovs Qara dəniz ölkələrində xərçəng xəstəliyinin qarşısının alınması üzrə Assosiasiyaya sədrlik vəzifəsinə namizədliyini irəli sürüb. O, seçkiləri fevralda keçiriləcək sədrlik vəzifəsinə namizədlərdən biri olacaq. Birinci xanımın mətbuat xidməti Trend -a bildirib.

Assosiasiya bu yaxınlarda yaradılıb və məqsədi region ölkələrində xərçəng xəstəliyinin yayılmasının qarşısının alınmasıdır.

Rulovsun məlumatına əsasən, assosiasiyaya Gürcüstanla yanaşı, Azərbaycan, Ermənistan, Moldova, Ukrayna, Bolqarıstan, Rumınya və Türkiyə daxildir.

"Rusiya nümayəndələri üçün bir boş yer var və biz bu ölkə ilə əməkdaşlığa ümid edirik, həmçinin ümidvarıq ki, bizim ölkələr arasında mövcud olan gərginlik səhiyyə sahəsinə şamil olunmayacaq", - Rulovs bildirib.

Xəbər lenti

Xəbər lenti