...

Norveç və Gürcüstan ikitərəfli əməkdaşlığı müzakirə edir

Siyasət Materials 28 Yanvar 2010 14:39 (UTC +04:00)
Gürcüstan xarici işlər nazirinin müavini David Calaqaniya Norveçin Gürcüstandakı səfiri Ion Ramberq ilə görüşüb. Görüşdə iqtisadi, enerji, təhsil və müdafiə sahələrində ikitərəfli əməkdaşlıq məsələləri, həmçinin Norveçin qaçqınlar üzrə Şurasının cari layihələri müzakirə edilib.
Norveç və Gürcüstan ikitərəfli əməkdaşlığı müzakirə edir

Gürcüstan, Tbilisi, 28 yanvar / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan xarici işlər nazirinin müavini David Calaqaniya Norveçin Gürcüstandakı səfiri Ion Ramberq ilə görüşüb. Görüşdə iqtisadi, enerji, təhsil və müdafiə sahələrində ikitərəfli əməkdaşlıq məsələləri, həmçinin Norveçin qaçqınlar üzrə Şurasının cari layihələri müzakirə edilib. XİN-dən Trend -a məlumat verilib.

Norveç tərəfi Batumidə enerji konfransının keçirilməsi və onun nəticələrində maraqlıdır.

Görüşün sonunda Norveçlə son illərdə formalaşan səmərəli əməkdaşlıq, həmçinin yüksək səviyyədə səfərlərin təşkilinin vacibliyi bir daha qeyd olunub.

Xəbər lenti

Xəbər lenti