...

Azərbaycan hökuməti vəkillərə, tərcüməçilərə, ekspertlərə ödənilən məbləğləri artırıb

Siyasət Materials 28 Yanvar 2010 15:03 (UTC +04:00)
Nazirlər Kabinetin rəsmi internet saytının məlumatına görə, «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarına dəyişikliklərlə bağlı qərarı ilə vəkillərə müdafiə üçün saat hesabına ödənilən məbləğ 90 qəpikdən 2 manatadək artırılıb.
Azərbaycan hökuməti vəkillərə, tərcüməçilərə, ekspertlərə ödənilən məbləğləri artırıb

Azərbaycan, Bakı, 28 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan hökuməti vəkillərə ödənilən məbləği artırıb.

Nazirlər Kabinetin rəsmi internet saytının məlumatına görə, "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarına dəyişikliklərlə bağlı qərarı ilə vəkillərə müdafiə üçün saat hesabına ödənilən məbləğ 99 qəpikdən 2 manatadək artırılıb.

Tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilən məbləğ isə 0,35 manata qədər artırılıb.

Qərardan öncə bu məbləğ şərti maliyyə vahidinin 0,3 misli həddində idi.

Qərar yanvarın birindən qüvvəyə minib.

Xəbər lenti

Xəbər lenti