...

Bakıda Azərbaycan-Livan əlaqələri müzakirə olunacaq

Siyasət Materials 28 Yanvar 2010 18:53 (UTC +04:00)
Cari ilin birinci yarısında Livanın Baş naziri Saad əl-Həririnin Bakıya səfəri planlaşdırılır. Bu barədə Azərbaycanın Beyrutdakı fəxri konsulu Nazih Qassub deyib.

Azərbaycan, Bakı, 28 yanvar / Trend , müxbir Ü.Sadıxova/

Cari ilin birinci yarısında Livanın Baş naziri Saad əl-Həririnin Bakıya səfəri planlaşdırılır. Bu barədə Azərbaycanın Beyrutdakı fəxri konsulu Nazih Qassub deyib.

"Baş nazir Saad əl-Həriri Azərbaycan hökumətinin rəsmi dəvəti ilə yazda Bakıya səfər edəcək. Lakin səfərin dəqiq tarixi hələlik müəyyən edilməyib", - Qassub Beyrutdan telefonla deyib.

Bu il həmçinin Azərbaycanın Livanda səfirliyi açılacaq.

Azərbaycan və Livan əlaqələrinə gəlincə, Qassubun sözlərinə görə, Azərbaycanın xarici işlər nazirinin Beyruta səfəri zamanı investisiya və neft sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti