...

Azərbaycan paytaxtında ARDNŞ-ə və "Aztelekom"-a məxsus kabelləri oğurlayan dəstə zərərsizləşdirilib

Siyasət Materials 29 Yanvar 2010 11:20 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, ötən il dekabrın 31-dən bu il yanvarın 4-dək Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) İnformasiya Texnologiyaları Rabitə İdarəsinin Rabitə Departamentinə məxsus Lökbatan və Puta dəmir yol keçidlərinin arasında olan ərazidən 700 metr telefon kabelinin kəsilib oğurlanması və bu ilin yanvarın 5-nə keçən gecə Lökbatan qəsəbəsində Aztelekom İstehsalat Birliyinə məxsus 120 metr rabitə kabelinin oğurlanması ilə bağlı həmin təşkilatlardan Qaradağ Rayon Polis İdarəsinə məlumat daxil olub.
Azərbaycan paytaxtında ARDNŞ-ə və "Aztelekom"-a məxsus kabelləri oğurlayan dəstə zərərsizləşdirilib

Azərbaycan, Bakı, 29 yanvar / Trend , muxbir K.Zərbalıyeva/ Azərbaycan paytaxtında ARDNŞ-ə və "Aztelekom"-a məxsus kabelləri oğurlayan dəstə zərərsizləşdirilib.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, ötən il dekabrın 31-dən bu il yanvarın 4-dək Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) İnformasiya Texnologiyaları Rabitə İdarəsinin Rabitə Departamentinə məxsus Lökbatan və Puta dəmir yol keçidlərinin arasında olan ərazidən 700 metr telefon kabelinin kəsilib oğurlanması və bu ilin yanvarın 5-nə keçən gecə Lökbatan qəsəbəsində Aztelekom İstehsalat Birliyinə məxsus 120 metr rabitə kabelinin oğurlanması ilə bağlı həmin təşkilatlardan Qaradağ Rayon Polis İdarəsinə məlumat daxil olub.

Qaradğ RPİ-nin 10-cu polis bölməsi tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində hər iki oğurluqda şübhəli bilinənlər Bakı şəhər sakinləri Vüsal Abbasov, Fərid Dadaşov, Məmmədəli Məmmədov və Nurlan Məmmədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti