...

Azərbaycan Parlamentinin payız sessiyasında 80 qanun və qərar qəbul olunub

Siyasət Materials 29 Yanvar 2010 12:55 (UTC +04:00)
“Milli Məclisin 2009-cu il payız sessiyasında keçirilən 13 iclas zamanı 80 qanun və qərar müzakirəyə çıxarılaraq qəbul olunub”, - Trend News-un məlumatına görə, cümə günü keçirilən mətbuat konfransında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.
Azərbaycan Parlamentinin payız sessiyasında 80 qanun və qərar qəbul olunub

Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin payız sessiyasında 80 qanun və qərar qəbul olunub.

"Milli Məclisin 2009-cu il payız sessiyasında keçirilən 13 iclas zamanı 80 qanun və qərar müzakirəyə çıxarılaraq qəbul olunub", - Trend -un məlumatına görə, cümə günü keçirilən mətbuat konfransında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.

Təvəkküloğlunun sözlərinə görə, payız sessiyasında müxtəlif komitələrin 62 iclasında 167 məsələyə baxılıb.

"Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi üçün qanunvericilik bazası daha da genişləndirilib. Payız sessiyasında iqtisadi və hüquqi sahələri əhatə edən bir sıra qanunlara zəruri əlavə və dəyişikliklər edilib", - mətbuat xidmətinin rəhbəri əlavə edib.

Təvəkküloğlu deyib ki, payız sessiyası zamanı Milli Məclisdə 1650 vətəndaş qəbul olunub. "Sessiya müddətində ümumilikdə müxtəlif mövzularla bağlı 1300 ərizəyə baxılıb. 2009-cu il ərzində parlamentdə qəbul olunan vətəndaşların sayı isə 4968 olub. Bu isə 2008-ci illə müqayisədə 6,5 faiz azdır" - o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti