...

Avropa Şurası Bakıda Gənclər Fondunun yaradılmasını dəstəkləyir

Siyasət Materials 29 Yanvar 2010 15:18 (UTC +04:00)
Avropa Şurası və Azərbaycan hökumətinin birgə iştirakı ilə Bakıda Gənclər Fondunun yaradılması nəzərdə tutulur. Bunu cümə günü Trend News-a Avropa Şurası Elm, təhsil, mədəniyyət, idman və gənclər üzrə baş Direktoratın rəhbəri, Mədəniyyətlərarası dialoq üzrə əlaqələndirici Qabriella Battaini-Draqoni bildirib.

Fransa, Strasburq, 29 yanvar / Trend , müxbir A.Məhərrəmli/

Avropa ŞurasıAzərbaycan hökumətinin birgə iştirakı ilə Bakıda Gənclər Fondunun yaradılması nəzərdə tutulur. Bunu cümə günü Trend -a Avropa Şurası Elm, təhsil, mədəniyyət, idman və gənclər üzrə baş Direktoratın rəhbəri, Mədəniyyətlərarası dialoq üzrə əlaqələndirici Qabriella Battaini-Draqoni bildirib.

"Mədəniyyətlərarası dialoqun dinlərarası dialoq müstəvisində gənclərlə bağlı layihələri maliyyələşdirmək üçün Bakı Gənclər Fondunun yaradılması müzakirə olunur. Bu, Azərbaycanın siyasi və maliyyə dəstəyi ilə edilir", - Qabriella Battaini-Draqoni deyib.

Onun sözlərinə görə, son illər Azərbaycan hakimiyyəti tərəfindən həvəslə dəstəklənən bir sıra konkret təşəbbüslər ortaya qoyulub.

"Buna nümunə kimi, Avropaya qonşu olan ölkələrlə mədəniyyətlərarası dialoqu ehtiva edən "Bakı prosesi"ni göstərmək olar. Bu əməkdaşlıq Aralıq dənizi hövzəsi və Orta Asiya ölkələrini əhatə edir. Həmçinin, "İncəsənət xadimləri dialoq naminə" ("Artists for dialogue") təşəbbüsünü göstərmək olar ki, bu da qeyd olunan bölgələrlə AŞ ölkələrinin incəsənət xadimləri arasında əlaqələrə rəvac vermək məqsədi daşıyır. Biz bu təşəbbüsə xüsusi önəm veririk. Qeyd edim ki, Heydər Əliyev Fondu "İncəsənət xadimləri dialoq naminə" təşəbbüsünün həyata keçirilməsində fəal iştirak edir. Belə ki, bu təşəbbüs çərçivəsində həyata keçirilən layihələrə Heydər Əliyev Fondu tərəfindən çox böyük dəstək verilir", - Qabriella Battaini-Draqon əlavə edib.

Xəbər lenti

Xəbər lenti