...

Azərbaycan Müdafiə Nazirliyi N saylı hərbi hissədə baş vermiş silahlı insident zamanı ölən və yaralananların adlarını açıqlayıb (YENİLƏNİB-2)

Siyasət Materials 29 Yanvar 2010 18:10 (UTC +04:00)
Hərbi mənbənin Trend News-a verdiyi məlumata görə, hadisə zamanı zabitlər - divizion komandiri polkovnik-leytenant Yusif Cumayev, kapitan Vasif qulluqçu həlak olub, ikisi isə yaralanıb.
Azərbaycan Müdafiə Nazirliyi N saylı hərbi hissədə baş vermiş silahlı insident zamanı ölən və yaralananların adlarını açıqlayıb (YENİLƏNİB-2)

Yenilənib-1: Müdafiə Nazirliyinin hadisə zamanı ölən və yaralananların siyahısı:

Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Müdafiə Nazirliyi Daşkəsəndəki N saylı hərbi hissədə baş vermiş silahlı insident zamanı ölən və yaralananların adlarını açıqlayıb. Nazirliyin mətbuat xidmətindən daxil olan məlumatda ölən və yaralananlar aşağıdakılardır.

Qətlə yetirilən hərbi qulluqçular:

Gümayev Yusif Sadəddin oğlu (1973-cü il, 1990-ci il avqustunda Şəki rayon Hərbi Komissarlığndan çağrılıb), Sadıxov Vasif Miraləm oğlu (1974-cü il, iyul 1992 Ağdaş RHK), Quliyev Anar Ələddin oğlu (1985-ci il, iyul 2002 Lənkəran RHK), Səmədov Elgün Loğman oğlu (1989-cu il, avqust 2007 Hacıqabul RHK).

Yaralananlar:

Babayev Valeh Məhəmməd oğlu (1975-ci il, avqust 1993 Göyçay RHK), Abbasov Samir Eyvaz oğlu (1985-ci il, oktyabr 2008 Daşkəsən RHK)

Bir-birlərini öldürən əsgərlər:

Əzizov Elxan Bəyalı oğlu (1990-cı il, yanvar 2009 Bakı, Yasamal RHK), Məmmədov Sadiq Etibar oğlu (1991-ci il, oktyabr 2009 Bakı, Nəsimi RHK)

Yanvarın 28-də saat 18.00 radələrində Daşkəsən rayonundakı N saylı hərbi hissədə 2 əsgərin avtomat silahdan açdığı atəş nəticəsində 4 hərbi qulluqçu həlak olub, ikisi isə yaralanıb.

Respublika Hərbi Prokurorluğundan Trend -a verilən məlumata görə, faktla bağlı Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb.

Respublika hərbi prokurorunun müavini Şəfahət İmanovun rəhbərliyi ilə istintaq qrupu yaradılıb və qrup hazırda hadisə yerindədir.

Xəbər lenti

Xəbər lenti