...

İraqın Azərbaycandakı səfiri Kərbəlada xəsarət alan zəvvarların adlarını açıqlayıb (YENİLƏNİB)

Siyasət Materials 29 Yanvar 2010 19:42 (UTC +04:00)
İraqın Azərbaycandakı səfiri Ərşad Ömər İsmayıl İraqın Kərbəla şəhərində xəsarət alan zəvvarların adlarını açıqlayıb. Səfirin Trend News-a verdiyi məlumata görə, insident nəticəsində azərbaycanlı zəvvarlardan 1986-cı il təvəllüdlü Abdullayev Müşfiq qolundan, Nəzərova Nüşabə isə sinəsindən yaralanıb.
İraqın Azərbaycandakı səfiri Kərbəlada xəsarət alan zəvvarların adlarını açıqlayıb (YENİLƏNİB)

Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir S.Ağayeva/

İraqın Azərbaycandakı səfiri Ərşad Ömər İsmayıl İraqın Kərbəla şəhərində xəsarət alan zəvvarların adlarını açıqlayıb. Səfirin Trend -a verdiyi məlumata görə, insident nəticəsində azərbaycanlı zəvvarlardan 1986-cı il təvəllüdlü Abdullayev Müşfiq qolundan, Nəzərova Nüşabə isə sinəsindən yaralanıb.

Səfir onu da qeyd edib ki, vəfat edən 16 yaşlı zəvvarın adı Leyla Əhmədovadır. Səfirin sözlərinə görə, yaralananlar üzərində cərrahiyyə əməliyyatı aparılıb, vəziyyətləri orta sabitdir. Digər zəvvarlar artıq Bakıya qayıdıb. Xəsarət alan zəvvarların yanında isə qohumları qalıb.

Səfir onu da qeyd edib ki, azərbaycanlı zəvvarlara İraqın "Mütəvəkkil" şirkəti tərəfindən İraqın Azərbaycandakı səfirliyinin möhürü saxtalaşdırılaraq viza verilib.

Ərşad İsmayıl onu da bildirib ki, İraq vizalarının seriya nömrəsi 4 rəqəmi ilə başladığı halda, zəvvarlara 83 rəqəmi ilə başlayan vizalar verilib.

Trend - un arayışı: Bu gün İraqın Azərbaycandakı səfiri Ömər Ərşad İsmayıl Kərbəlaya gedən zəvvarların avtobuslarından birinə Səmərra şəhərində hücum zamanı 16 yaşlı Azərbaycan vətəndaşının həlak olduğunu təsdiqləyib.

Səfir onu da bildirmişdi ki, İraqın Səmərra şəhərində atəşə məruz qalan bütün azərbaycanlı zəvvarlar İraqın İrandakı səfirliyindən viza alıblar. "Səmərra şəhəri Nəcəf və Kərbəla kimi müqəddəs şəhərlərdən fərqli olaraq, "qaynar nöqtə"lərdən hesab olunur", - səfir bildirib.

İmam Hüseynin məzarı şiə müsəlmanlarının ziyarətgahıdır. Hər il məhərrəm ayında Kərbəla şəhərinə zəvvarlar gələrək imamın xatirəsini yad edirlər.

Xəbər lenti

Xəbər lenti