...

Azərbaycanın İrandakı səfiri prezdentin müavini ilə görüşüb

Siyasət Materials 29 Yanvar 2010 18:12 (UTC +04:00)
Azərbaycanın İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov ötən gün İran Prezidentinin müavini, Turizm və Mədəni Abidələrin Mühafizəsi İdarəsinin rəisi və Azad İqtisadi Zonalar üzrə Mərkəzin sədri Həmid Bəqayi ilə görüşüb. Bu barədə İranın Azad İqtisadi Zonalar üzrə Mərkəzi sədrinin müşaviri və mərkəzin mətbuat xidmətinin rəhbəri xanım İffət Xanipur Trend News-a bildirib.
Azərbaycanın İrandakı səfiri prezdentin müavini ilə görüşüb

Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir T.Cəfərov/

Azərbaycanın İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov ötən gün İran Prezidentinin müavini, Turizm və Mədəni Abidələrin Mühafizəsi İdarəsinin rəisi və Azad İqtisadi Zonalar üzrə Mərkəzin sədri Həmid Bəqayi ilə görüşüb. Bu barədə İranın Azad İqtisadi Zonalar üzrə Mərkəzi sədrinin müşaviri və mərkəzin mətbuat xidmətinin rəhbəri xanım İffət Xanipur Trend -a bildirib.

Xanipur əlavə edib ki, görüşdə İran və Azərbaycan arasında azad iqtisadi zonalar və turizm sahəsində əməkdaşlığın artırılması müzakirə olunub. Onun sözlərinə görə, görüşdə həmçinin Xəzərdə Azərbaycan və İran arasında gəmi vasitəsilə sərnişin daşınması məsələsi də müzakirə olunub.

Ötən gün həmçinin İran Prezidentinin müavini Bəqayi və müsəlman ölkələrinin Tehrandakı səfir və konsullarının iştirakı ilə İranın azad iqtisadi zonalarında müsəlman ölkələrinin sərmayə yatırması mövzusunda konfrans keçirilib. Konfransda 38 İslam ölkəsindən səfir və konsul iştirak edib.

Xəbər lenti

Xəbər lenti