...

Müxalifət partiyalarının intensiv və dinamik fəaliyyət göstərməyə potensialı yoxdur - Azərbaycanın hakim partiyası

Siyasət Materials 29 Yanvar 2010 18:37 (UTC +04:00)
Müxalifət partiyaların parlament seçkiləri ilə bağlı intensiv və dinamik fəaliyyət aparmağa nə gücü, nə də potensialı var. Trend News-un məlumatına görə, cümə günü YAP-ın icraçı katibinin müavini Siyavuş Novruzov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib.
Müxalifət partiyalarının intensiv və dinamik fəaliyyət göstərməyə potensialı yoxdur - Azərbaycanın hakim partiyası

Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir M. Əliyev/

Müxalifət partiyaların parlament seçkiləri ilə bağlı intensiv və dinamik fəaliyyət göstərməyə nə gücü, nə də potensialı var. Trend -un məlumatına görə, cümə günü YAP-ın icraçı katibinin müavini Siyavuş Novruzov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib.

"Seçkiyə hazırlıq konsepsiya şəklində aparılmalıdır. Bu proses qrafikəuyğun şəkildə ardıcıl həyata keçirilməlidir", - Novruzov əlavə edib.

Onun sözlərinə görə, digər siyasi təşkilatlar seçki prosesinə hazırlıq dedikdə yalnız danışmağı nəzərdə tuturlar, əməli fəaliyyətləri ilə yadda qalmırlar. "Qəzetlərə müsahibə vermək və ya hansısa müzakirə açmaq seçkiyə hazırlıq prosesi deyil", - YAP-ın icraçı katibinin müavini deyib.

Trend -un arayışı: Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir. 2005-ci ildə sol və sağçı siyasi qüvvələr arasında blok yaratmaq təklifi səsləndirilsə də, bu baş tutmamışdı.

Novruzov bildirib ki, YAP hər zaman seçkilərdə yeni seçki texnologiyalarından istifadə edir. "Partiyamız seçkiqabağı və sonrakı dövrləri üç mərhələyə bölür: seçkiyə start verilənə qədər görüləcək işlər, seçki ilə bağlı aparılacaq fəaliyyət, təbliğat-təşviqat kampaniyası və seçkidən sonrakı təhlillər dövrü", - o deyib. Onun fikrincə, YAP-ın uğurlarının arxasında bu nizam-intizam dayanır.

Xəbər lenti

Xəbər lenti