...

Azərbaycanın hərbi hissəsində baş verən hadisə ilə bağlı ciddi araşdırma aparılmalıdır – hakim partiyanın sədr müavini

Siyasət Materials 30 Yanvar 2010 14:35 (UTC +04:00)
"Biz bu cür hadisənin baş verməsindən çox təəssüflənirik. Hadisənin bütün mahiyyəti və səbəbləri ciddi aydınlaşdırılmalıdır. Ona görə indi hər hansı şərh vermək düzgün olmazdı", - şənbə günü Trend News-a Yeni Azərbaycan Partiyası sədrinin müavini, icraçı katibi, millət vəkili Əli Əhmədov bildirib.
Azərbaycanın hərbi hissəsində baş verən hadisə ilə bağlı ciddi araşdırma aparılmalıdır – hakim partiyanın sədr müavini

Azərbaycan, Bakı, 30 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın hərbi hissəsində baş verən hadisə ilə bağlı ciddi araşdırma aparılmalıdır. Azərbaycanın hakim partiyasının sədr müavini belə hesab edir.

"Biz bu cür hadisənin baş verməsindən çox təəssüflənirik. Hadisənin bütün mahiyyəti və səbəbləri ciddi aydınlaşdırılmalıdır. Ona görə indi hər hansı şərh vermək düzgün olmazdı", - şənbə günü Trend -a Yeni Azərbaycan Partiyası sədrinin müavini, icraçı katibi, millət vəkili Əli Əhmədov bildirib.

Əhmədovun sözlərinə görə, hadisə ilə bağlı aparılan xüsusi təhqiqatın nəticələrini gözləmək lazımldr. "Təhqiqat başa çatandan sonra ictimaiyyətə də geniş məlumat veriləcək. Mən belə hesab edirəm ki, hərbçilərimizin həlak olmasından təəssüfləndiyimizi bildirməliyik. Əlbəttə, elə tədbirlər görülməlidir ki, bu cür kədərləndirici hallar heç zaman olmasın. Amma bir daha qeyd edirəm ki, təmkinlə hadisənin baş verməsinin səbəbləri ilə bağlı təhqiqatın nəticəsini gözləyək", - hakim partiyanın sədr müavini əlavə edib.

Yanvarın 28-də saat 18.00 radələrində Daşkəsən rayonundakı N saylı hərbi hissədə silahli insident zamani 6 hərbi qulluqçu həlak olub, ikisi isə yaralanıb.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 17 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti