...

Azərbaycanın hakim partiyası parlament seçkilərinə hazırlığa başlayıb – partiyanın sədr müavini

Siyasət Materials 30 Yanvar 2010 14:53 (UTC +04:00)
"Seçkilərə çox əvvəldən başlamaq artıq bizim üçün bir ənənəyə çevrilib", - şənbə günü Trend News-a Yeni Azərbaycan Partiyası sədrinin müavini, icraçı katibi, millət vəkili Əli Əhmədov bildirib.
Azərbaycanın hakim partiyası parlament seçkilərinə hazırlığa başlayıb – partiyanın sədr müavini

Azərbaycan, Bakı, 30 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın hakim partiyası parlament seçkilərinə hazırlığa başlayıb.

"Seçkilərə çox əvvəldən başlamaq artıq bizim üçün bir ənənəyə çevrilib", - şənbə günü Trend -a Yeni Azərbaycan Partiyası sədrinin müavini, icraçı katibi, millət vəkili Əli Əhmədov bildirib.

Trend -un arayışı: Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Əhmədovun sözlərinə görə, parlament seçkiləri təxminən on aydan sonra keçiriləcək. "Ancaq bizim gündəlik fəaliyyətimiz partiya daxilində bütün hazırlıq işlərini yekunlaşdırmağa yönəlib", - sədr müavini əlavə edib.

Onun fikrincə, seçkilərə rəsmi start veriləndə partiyanın bütün strukturları, yerli təşkilatları genişmiqyaslı kampaniyanın aparılmasına tam hazır olacaq.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 17 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti