Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir M.Əliyev/
Azərbaycanda qanunsuz ovla məşğul olan dəstə saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən şənbə günü Trend -a bildiriblər ki, Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xolqarabucaq kəndi ərazisində qanunsuz ov etdikləri üçün kənd sakini İslam Əliyev, Neftçala rayon sakini Elxan Hüseynov, Bakı şəhər sakini Şıxı Məmmədov və Masallı rayon sakini Şahmar Kərimov saxlanılıblar.
Onlardan 4 ədəd ov tüfəngi və 23 ədəd çöl quşu götürülüb.