Prezident İlham Əliyev xalq artisti Əlibaba Məmmədova "İstiqlal" ordenini təqdim edib

Siyasət Materials 8 Fevral 2010 21:36 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bazar ertəsi günü Xalq Artisti Əlibaba Məmmədova milli muğam sənətinin inkişafında və təbliğində böyük xidmətlərinə görə və anadan olmasının 80 illliyi münasibətilə təltif olunduğu “İstiqlal” ordenini təqdim edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Prezident İlham Əliyev xalq artisti Əlibaba Məmmədova "İstiqlal" ordenini təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bazar ertəsi günü Xalq Artisti Əlibaba Məmmədova milli muğam sənətinin inkişafında və təbliğində böyük xidmətlərinə görə və anadan olmasının 80 illliyi münasibətilə təltif olunduğu "İstiqlal" ordenini təqdim edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Prezident İlham Əliyev muğam ustadına müraciətlə deyib:

-Mən sizi 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik
edirəm, sizə cansağlığı, uzun ömür arzulayıram.

Siz uzun illərdir ki, öz sənətinizlə Azərbaycanın milli musiqisini təbliğ edirsiniz, ifaçılıq ustalığınızla Azərbaycan xalqını sevindirirsiniz. Azərbaycanın sərvəti olan muğam sənətini uzun illər ərzində qoruyursunuz, inkişaf etdirirsiniz, gənc nəsli bu gözəl sənətə cəlb edirsiniz. Bütün bu işlər Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan dövləti sizin fəaliyyətinizi müxtəlif dövrlərdə yüksək qiymətləndiribdir. Bildiyiniz kimi, mən də bu gözəl yubileyiniz münasibətilə sizi Azərbaycan dövlətinin yüksək mükafatı olan "İstiqlal" ordeni ilə təltif etmişəm. İstəyirəm ki, bu gün özüm bu ordeni sizə təqdim edim.

Xəbər lenti

Xəbər lenti