Azərbaycan, Bakı, 9 fevral / Trend , müxbir A.Hüseynbala/
2009-cu ildə bələdiyyələrin fəaliyyətində 16 milyon manata yaxın maliyyə pozuntusu aşkarlanıb. Trend -un məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə Milli Məclisin regional məsələlər komitəsinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı illik hesabatında qeyd edib.
Səlimzadənin sözlərinə görə, 2009-cu ildə 34 bələdiyyənin fəaliyyətində nöqsanlar olduğu üçün bununla bağlı Respublika Prokurorluğuna müvafiq sənədlər təqdim olunub. Prokurorluğun araşdırması nəticəsində 23 bələdiyyənin fəaliyyətində ciddi qanunsuzluqlar olduğu təsdiqlənib.
Azərbaycanda 1718 bələdiyyə fəaliyyət göstərir.