Azərbaycanla Polşanın transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə birgə əməkdaşlıq məsələləri müzakirə olunub

Siyasət Materials 18 Fevral 2010 18:10 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend News-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov fevralın 18-də ölkəmizdə səfərdə olan Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Aleksandr Şçıqlonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycanla Polşanın transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə birgə əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanla Polşanın transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə birgə əməkdaşlıq məsələləri hər iki ölkənin nazirlərinin görüşündə müzakirə olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend -a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov fevralın 18-də ölkəmizdə səfərdə olan Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Aleksandr Şçıqlonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə transmilli cinayətkarlıqla və onun ayrı-ayrı növləri ilə mübarizə məsələlərinə toxunulub, bu sahədə hər iki dövlətin səylərini daha sıx birləşdirməyin, beynəlxalq miqyaslı cinayətlərin açılmasına yardım edən təcrübə və informasiya mübadiləsinin zəruriliyi vurğulanıb.

Azərbaycanla Polşa arasında əlaqələrin son illər yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayan nazir Usubov hər iki ölkə başçılarının qarşılıqlı səfərlərinin, görüşlərinin və bağlanmış sazişlərin dövlətlərimiz arasında münasibətlərin inkişafında geniş hüquqi əsaslar yaratdığını və onun yeni səviyyəyə qalxmasına təkan verdiyini bildirib.

Qeyd olunub ki, iki ölkənin sürətlə inkişaf edən əməkdaşlığı daxili işlər orqanları arasında olan əlaqələrə də müsbət təsir göstərib. Bu əməkdaşlığın nəticəsində iki ölkənin daxili işlər nazirləri "Beynəlxalq terrorçuluq, mütəşəkkil cinayətkarlıq və digər cinayətlərlə mübarizə sahəsində əməkdaşlıq" haqqında hökumətlərarası saziş imzalayıb.

Qonaqlara ölkədəki kriminogen durumla bağlı məlumat verilib, əməliyyat şəraitinin nəzarət altında olduğu bildirilib.

Xəbər lenti

Xəbər lenti