Sumqayıtda insanın ölümündə şübhəli bilinən şəxslərin fotorobotu hazırlanıb

Siyasət Materials 20 Fevral 2010 21:30 (UTC +04:00)
Sumqayıt şəhərində baş vermiş silahlı insidentin nəticəsində insanların ölümündə və yaralanmasında şübhəli bilinən cinayətkarların fotorobotu tərtib olunub. Bu barədə Trend News-a müstəntiq Emil Mirzəyev məlumat verib.
Sumqayıtda insanın ölümündə şübhəli bilinən şəxslərin fotorobotu hazırlanıb

Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Sumqayıt şəhərində baş vermiş silahlı insidentin nəticəsində insanların ölümündə və yaralanmasında şübhəli bilinən cinayətkarların fotorobotu tərtib olunub. Bu barədə Trend -a müstəntiq Emil Mirzəyev məlumat verib.

Şənbə günü səhər 07:45-də iki naməlum şəxs Makarov tipli silahdan atəş açaraq 1985-ci il təvəllüdlü Vüqar Balayevi qətlə yetiriblər. Onun atası 1957-ci il təvəllüdlü İsmayıl Balayev onlara müqavimət göstərib. Nəticədə, o da ayağından ağır xəsarət alıb. Yaralandığına baxmayaraq, o, cinayətkarlardan silahı almağa nail olub.

"Şübhəli şəxslərin fotorobotları polis bölmələri arasında yayılıb. Hazırda cinayətkarların axtarışları davam edir" - Mirzəyev deyib.

Onun sözlərinə görə cinayəti törətmiş şəxslərin şəxsiyyəti hələlik müəyyən olunmayıb.

Fakt üzrə "qəsdən adam öldürmə" və "silah daşıma və ağır xəsarət yetirmə" maddələri ilə cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti