Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir M.Əliyev/
Azərbaycan müdafiə naziri general-polkovnik Səfər Əbiyev çərşənbə axşamı ATƏT-in Bakı ofisinin rəhbəri Bilqe Cankoreli qəbul edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı bir sıra məsələlər ətrafında müzakirələr keçirilib, həmçinin Azərbaycanın Müdafiə Nazirliyi və ATƏT-in Bakı ofisi arasında əlaqələrin inkişaf etdirilməsinin mühümlüyü qeyd olunub.