Azərbaycan, Bakı, 28 fevral / Trend , müxbir V.Javoronkova/
Azərbaycanda müvəqqəti yaşayan Tacikistan vətəndaşlarının 100 faizi saat 17:30-a qədər parlament seçkilərində səs verib, Tacikistanın Azərbaycandaki Səfirliyinin ikinci katibi Şərəf Rəhimov Trend -a xəbər verib.
Onun sözlərinə görə, Səfirlikdəki seçki məntəqəsi artıq bağlanıb.
Bu seçki məntəqəsi seçkilərdən on gün əvvəl fəaliyyət göstərməyə başlayıb.
İndiki zamanda Tacikistanın Azərbaycandaki Səfirliyində bu ölkənin 38 vətəndaşı qeydiyyatdadır. Bunlar əsasən səfirliyin əməkdaşları, onların ailələri və Azərbaycanda müqavilə ilə işləyənlərdir.