...

İspaniyanın XİN rəhbəri Azərbaycana səfər edəcək

Siyasət Materials 1 Mart 2010 10:47 (UTC +04:00)
İspaniyanın xarici işləri naziri, Aİ-nin hazırkı sədri Migel Anhel Moratinos martın 2-3-də regiona səfəri çərçivəsində Azərbaycana gələcək. Bu barədə Trend News-a Azərbaycan XİN-in xüsusi nümayəndəsi Elxan Poluxov məlumat verib.
İspaniyanın XİN rəhbəri Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 01 mart / Trend , müxbir S.Ağayeva/

İspaniyanın xarici işləri naziri, Aİ-nin hazırkı sədri Migel Anhel Moratinos martın 2-3-də regiona səfəri çərçivəsində Azərbaycana gələcək. Bu barədə Trend -a Azərbaycan XİN-in xüsusi nümayəndəsi Elxan Poluxov məlumat verib.

"Cənubi Qafqazda sülh və stabillik Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasını, Dağlıq Qarabağ münaqişəsini, Abxaziya və Cənubi Osetiyada mövcud olan vəziyyəti fəal izləyən Avropa İttifaqının xüsusi marağındadır", - bu barədə İspaniya XİN-in bir müddət əvvəl yayılan məlumatında deyilirdi.

Moratinosun səfər çərçivəsində Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti