İranda Azərbaycana qarşı fəaliyyət göstərən elə qüvvələr var ki, iki dövlət arasında münasibətlərin normal olmasında maraqlı deyillər - Əli Həsənov

Siyasət Materials 1 Mart 2010 11:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 mart / Trend , müxbir M.Əliyev/

İranda Azərbaycana qarşı fəaliyyət göstərən elə qüvvələr var ki, iki dövlət arasında münasibətlərin normal olmasında maraqlı deyillər və bu münasibətlərin pozulması istiqamətində cəhdlər göstərirlər. Trend -un məlumatına görə, bu sözləri Prezident Adminstrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov İranda Azərbaycan bayraqlarının yandırılmasına münasibət bildirərkən jurnalistlərə deyib.

"Azərbaycan tərəfi olaraq belə cəhdlərin qarşısının alınması üçün fəaliyyət göstəririk", - Həsənov vurğulayıb.

Şöbə müdiri İran tərəfindən belə cəhdlərin qarşısının alınması üçün kifayət qədər tədbir görülmədiyindən təəssüfləndiyini deyib.

Onun sözlərinə görə, İranın Azərbaycanda yayımlanan "Səhər" telekanalının ayrı-ayrı verilişləri Azərbaycanda ictimai-siyasi vəziyyəti gərginləşdirməyə, dövlətin həyatında baş verən prosesləri inkar etməyə, mahiyyətini dəyişməyə və saxtalaşdırmağa xidmət edir.

"Belə cəhdlərə qarşı biz dövlət olaraq səsimizi qaldırırıq və lazımi instansiyalara iradımızı bildirik", - Həsənov vurğulayıb.

O qeyd edib ki, dövlətlərlə normal münasibətlərin saxlanması Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.

Xəbər lenti

Xəbər lenti