...

İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko yubiley münasibətilə AzərTAc-ı təbrik edib

Siyasət Materials 1 Mart 2010 13:40 (UTC +04:00)
Rusiyanın İTAR-TASS İnformasiya Agentliyinin baş direktoru Vitali İqnatenko Azərbaycanın AzərTAc Dövlət İnformasiya Agentliyini 90 illik yubileyi münasibətilə təbrik edib.
İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko yubiley münasibətilə AzərTAc-ı təbrik edib

Azərbaycan, Bakı, 01 mart / Trend , müxbir E.Tariverdiyeva/

Rusiyanın İTAR-TASS İnformasiya Agentliyinin baş direktoru Vitali İqnatenko Azərbaycanın AzərTAc Dövlət İnformasiya Agentliyini 90 illik yubileyi münasibətilə təbrik edib.

"AzərTAc Azərbaycan dövlətçiliyinin təşəkkül tapmasında böyük rol oynanıb. Bu agentlik Azərbaycan xalqının müstəqillik haqqında arzularının carçısı olub", - İqnatenko Gənc Tamaşaçılar Teatrında AzərTAc agentliyinin şərəfinə təşkil edilən tədbirdə deyib.

İqnatenkonun sözlərinə görə, AzərTAc agentliyi Azərbaycan 1990-cı illərdə müstəqillik əldə etdikdən sonra da aparıcı rol oynamaqda davam edir. AzərTAc-ın materiallarında ölkə tarixinin salnaməsi var.

İqnatenko AzərTAc-ın 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi zamanı cəbhədə baş vermiş hadisələrlə əhalini məlumatlandırması rolunu xüsusi olaraq qeyd edib.

"Bu gün Azərbaycan müstəqil, demokratik, kübar dövlət qurmaq yolu ilə gedir", - İqnatenko deyib. Onun sözlərinə görə, AzərTAc hazırda ölkədə baş verən proseslərdə mühüm rol oynayır.

"AzərTAc Azərbaycan həyatı haqqında məlumat almaqda bütün dünya üçün mühüm mənbədir", - o deyib.

İqnatenkonun sözlərinə görə, altı il əvvəl o və AzərTac-ın baş direktoru Aslan Aslanov əməkdaşlıq haqqında uzunmüddətli müavilə imzalayıblar.

"Mən fikirləşirəm ki, bu müqavilə nəinki uzunmüddətli, hətta əbədidir. Biz altı il əvvəl prezidentlərimizin Kremldə verdiyi vədə sadiq qaldıq", - o deyib.

İqnatenkonun sözlərinə görə, bu gün azərbaycanlı jurnalistlərin səsi bütün dünyada eşidilir.

"2003-cü ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyev ölkədə rusdilli KİV-lərin forumunu keçirtməkdə yardım edib. O, rusdili və Rusiya KİV-ləri ilə əməkdaşlığın Azərbaycan üçün əhəmiyyətindən danışıb. Bu xeyir-dua AzərTAc agentliyi tərəfindən bu günə qədər səmərəli surətdə icra edilir", - o deyib.

İqnatenko AzərTAc agentliyinin rəhbərinə yubiley münasibətilə Kremlin mənzərəsi təsvir olunan şəkil təqdim edib.

Xəbər lenti

Xəbər lenti