...

Parlament seçkilərində blok yaratmaqla bağlı rəsmi təklif almamışıq – partiya sədri

Siyasət Materials 1 Mart 2010 15:02 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyasının rəhbəri deyib ki, üç partiyanın parlament seçkilərində blok şəklində iştirakı üçün heç bir rəsmi təklif daxil olmayıb.
Parlament seçkilərində blok yaratmaqla bağlı rəsmi təklif almamışıq – partiya sədri

Azərbaycan, Bakı, 01 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın müxalifət partiyasının rəhbəri deyib ki, üç partiyanın parlament seçkilərində blok şəklində iştirakı üçün heç bir rəsmi təklif daxil olmayıb.

"Mətbuatda bizim birləşmək və blok yaradacağımızla bağlı yayılan məlumatların səbəbi mənim Fazil Mustafaya və Qüdrət Həsənquliyevə olan şəxsi hörmətimdən irəli gəlir", - bazar ertəsi Trend -a Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov bildirib.

Trend -un arayışı: Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

İsmayılovun sözlərinə görə, nə Böyük Quruluş Partiyası (BQP), nə də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə bağlı ümumiyyətlə heç bir müzakirə aparılmayıb. "Parlament seçkilərində birgə iştirak barədə də fikirləşməmişəm. Ümumiyyətlə, Mustafa ilə Həsənquliyev mənə bununla bağlı fikirlərini də deməyiblər", - partiya sədri əlavə edib.

Bir müddət əvvəl Ədalət, Böyük Quruluş və Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyalarının parlament seçkiləri ilə bağlı "Vətən" adlı seçki bloku yaradacağı və bu istiqamətdə müzakirələrin aparıldığı bildirilib. Bloka daxil olacaq partiyaların seçkilərdə vahid namizədlərlə iştirak edəcəyi də istisna olunmurdu.

Ədаlət Pаrtiyаsı 1993-cü ildə yаrаdılıb, 1996-cü ildə АDP-yə birləşib. 2000-ci ildə "Ədаlət"çilər АDP-dən аyrılаrаq pаrtiyаnın fəаliyyətini bərpа еdiblər. 2001-ci ildən indiyədək Ədаlət Pаrtiyаsınа İlyаs Ismаyılоv sədrlik еdir. İsmаyılоv 2003-cü ildə Аzərbаycаndа kеçirilmiş prеzidеnt sеçkilərində prеzidеntliyə nаmizəd оlub və hazırdа Milli Məclisin dеputаtıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti