...

Azərbaycanın bir neçə müxalifət partiyası parlament seçkiləri ilə bağlı müşavirə keçirəcək

Siyasət Materials 1 Mart 2010 15:03 (UTC +04:00)
"Martın 6-da ittifaqa daxil olan partiyaların rəhbərlərinin seçkilərə hazırlıqla bağlı geniştərkibli müşavirəsinin keçirilməsi nəzərdə tutulur", - bazar ertəsi Trend News-a Demokratiya Uğrunda İttifaqda təmsil olunan Böyük Azərbaycan Partiyasının (BAP) sədr Elşad Musayev bildirib.

Azərbaycan, Bakı, 01 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın bir neçə müxalifət partiyası parlament seçkiləri ilə bağlı müşavirə keçirəcək.

"Martın 6-da ittifaqa daxil olan partiyaların rəhbərlərinin seçkilərə hazırlıqla bağlı geniştərkibli müşavirəsinin keçirilməsi nəzərdə tutulur", - bazar ertəsi Trend -a Demokratiya Uğrunda İttifaqda təmsil olunan Böyük Azərbaycan Partiyasının (BAP) sədr Elşad Musayev bildirib.

Trend -un arayışı: Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Musayevin sözlərinə görə, müşavirədə parlament seçkilərinə hazırlığın indiki vəziyyəti, digər müxalifət partiyaları ilə əməkdaşlıq məsələsinə xüsusi diqqət veriləcək. "Biz seçki ərəfəsi ölkədəki vəziyyətlə bağlı məsləhətləşmələr aparılması üçün Müsavat Partiyasına və "Azadlıq" blokuna müraciət etmişik. Müsavat müraciətimizə müsbət cavab verib. "Azadlıq" blokunun isə cavabı martın 3-də məlum olacaq. Müşavirədə bu məsləhətləşmələrin keçiriləcəyi vaxtla da bağlı müzakirələr aparıla bilər", - partiya sədri əlavə edib.

Dеmоkrаtiyа Uğrunda İttifаqı 2005-ci il parlamеnt seçkisindən sonra müxalifətçi Klassık Xalq Cəbhəsi, Azadlıq və Milli Demokrat partiyaları yаrаdıb. 2008-ci il sеntyаbrın əvvəllərində Böyük Azərbаycаn, nоyаbr аyındа isə Хаlq pаrtiyаlаrı DUİ-yə üzv qəbul оlunub. İttifаq bu pаrtiyaların məşvərət və əməkdaşlıq qurumudur. 2009-ci ilin oktyabr ayında Milli Demokrat Partiyası DUİ-dən çıxarılıb və Milli Qurtuluş Partiyasının quruma üzv qəbul olunması haqda qərar verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti