...

ABŞ Konqresi 1915-ci il hadisələrini deyil, Xocalı soyqırımını müzakirə etməlidir - türkiyəli deputat

Siyasət Materials 1 Mart 2010 14:44 (UTC +04:00)
Türkiyə Böyük Millət Məclisinin deputatı hesab edir ki, ABŞ Konqresi subuta yetirilməyən 1915-cil hadisələri əvəzinə, Xocalı soyqırımını müzakirə etməlidir.
ABŞ Konqresi 1915-ci il hadisələrini deyil, Xocalı soyqırımını müzakirə etməlidir - türkiyəli deputat

Azərbaycan, Bakı, 01 mart / Trend , müxbir R.Hafizoğlu/

Türkiyə Böyük Millət Məclisinin deputatı hesab edir ki, ABŞ Konqresi subuta yetirilməyən 1915-cil hadisələri əvəzinə, Xocalı soyqırımını müzakirə etməlidir.

"ABŞ Konqresi tarixdə heç bir əsası olmayan 1915-ci il hadisələri əvəzinə, bəşəriyyət tarixi üçün qara ləkə olan Xocalı soyqırımını müzakirə etməlidir", - Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputat Onur Öymən bazar ertəsi Ankaradan telefonla Trend -a telefonla bildirib.

Trend -un arayışı: ABŞ Konqresinin Xarici əlaqələr komitəsinin sədri Hovard Berman martın 4-də "erməni soyqırımı"na dair məsələnin müzakirəyə çıxarılmasını təklif edib. Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlu 1915-ci ildə Türkiyədə baş verən hadisələrin müzakirəyə çıxarılmasının təsadüfi olmadığını bildirib.

Davudoğlu bunun Ermənistan tərəfindən planlaşdırıldığını qeyd edərək, Türkiyəyə təzyiq kimi istifadə edildiyini bildirib. Martın 1-də Türkiyə Parlamentinin Beynəlxalq münasibətlər komissiyasının sədri Murad Mərcan və digər partiyalardan olan millət vəkilləri Konqresdə "erməni soyqırımı" ilə bağlı qanunun müzakirəsinin qarşısını almaq üçün ABŞ səfər ediblər.

Öymən onu da qeyd edib ki, ABŞ ikili standartlardan çıxış edir.

"ABŞ Konqresi soyqırımın nə olduğunu bilmək istəyirsə, ilk növbədə, Xocalı faciəsindən başlasın", - o əlavə edib.

Öymənin sözlərinə görə, ABŞ Konqresi 1915-ci il hadisələrini müzakirə etməklə Ankaraya təzyiq göstərmək istəyir.

"Konqres "erməni soyqırımı" ilə bağlı qanunun müzakirəsinə başlamaqla, Türkiyəyə Ankara-Yerevan protokollarının ratifikasiyası üçün təzyiq göstərmək istəyindədir. Lakin Birləşmiş Ştatlar bilməlidir ki, Ankara ABŞ-ın təzyiqlərinə boyun əyməyəcək", - o bildirib.

Xəbər lenti

Xəbər lenti