...

Gürcüstan uçuşların bərpası haqqında Rusiyanın təkliflərini nəzərdən keçirməyə hazırdır - XİN

Siyasət Materials 1 Mart 2010 16:09 (UTC +04:00)
İki ölkə arasında hava nəqliyyatının bərpa olunması Rusiya tərəfinin ciddi maraq göstərəcəyi təqdirdə böyük ehtimalla müsbət həll edilə bilər.
Gürcüstan uçuşların bərpası haqqında Rusiyanın təkliflərini nəzərdən keçirməyə hazırdır - XİN

Gürcüstan, Tbilisi, 1 mart / Trend , müxbir N.Kirsxaliya/

İki ölkə arasında hava nəqliyyatının bərpa olunması Rusiya tərəfinin ciddi maraq göstərəcəyi təqdirdə böyük ehtimalla müsbət həll edilə bilər.

Gürcüstan ilə Rusiya tərəfi hava nəqliyyatının bərpa edilməsi haqqında danışıqlara başlamaq haqqında RF XİN-nin rəhbərinin bəyanatını şərh edən Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze belə bəyanatla bu gün brifinqdə çıxış edib.

"Rusiya ilə əlaqələrdə vasitəçi olan İsveçrə səfirliyi hələlik Gürcüstan tərəfinə Rusiyanın istəkləri barədə məlumat verməyib. Əgər Rusiya tərəfi buna rəsmi olaraq maraq göstərsə, Gürcüstan tərəfinə xəbər veriləcək, məsələnin müzakirəsinə başlanılacaq və çox ehtimal ki, o mübət həll ediləcək", - Kalandadze deyib.

Xəbər lenti

Xəbər lenti